Tarix : 2016 Sep 07
Kod 50205

Yalçın İmanov: "AİP liderinin səhəttində çox kəskin problemlər yaranıb"

Hacı Mövsüm Səmədovun səhəttində çox kəskin problemlər yaranıb.Nitqində və hərəkətində müəyyən çətinliklər müşahidə olunur.
Arannews- Hacı Mövsüm Səmədovun səhhətində ciddi problemlər yaranıb.
Bir müddət öncə sentyabr ayının 26-da keçiriləcək referendumla bağlı mövqeyini ictimaiyyətə açıqlayan, ardınca məhz konstitusiyaya nəzərdə tutulan dəyişikliklərə etiraz olaraq aclıq aksiyasına başlayan Azərbaycan İslam Partiyasının ( AİP) həbsdə olan sədri, ilahiyyatçı alim Hacı Mövsüm Səmədovun vəkili ilə görüşünə icazə verilib.
Bu barədə Doktor Səmədovun vəkili Yalçın İmanov məlumat verib. Vəkil bildirib ki, dəfələrlə edilən israrlı xahişlərə baxmayaraq ilahiyyatçı aclıq aksiyasını hələ dayandırmayıb.
Yalçın İmanov qeyd edib ki, Hacı Mövsüm Səmədovun səhəttində çox kəskin problemlər yaranıb. İlahiyyatçının aclıq aksiyası ilə əlaqədar təzyiqi aşağı düşüb, ümumi halsızlıq yaranıb və xeyli çəki itirib. Nitqində və hərəkətində müəyyən çətinliklər müşahidə olunur. 
Vəkil əlavə edib ki, doktor Səmədov həkim nəzarəti altındadır. Lakin bu nəzərət gündəlik aparılmır. Yalnız iki gündən bir həkimlər siyasi məhbusu müayinə edirlər. 
Vəkil Yalçın İmanov ilahiyyatçı alimin karsa salındığını da qeyd edib: “Aclıq aksiyası etdiyini, dövlətə qarşı təxribatçı çıxışlarını bəhanə gətirərək Hacı Mövsüm Səmədovu karsa salıblar”.
Vəkil Hacı Mövsüm Səmədovla sentyabrın 5-də görüşə hansı səbəbdən icazə verilmədiyinə də aydınlıq gətirib: “Həbsxana rəhbərliyi bununla bağlı heç bir izahat verməsə də, guya müvəkkilimin mənimlə görüşmək istəmədiyini səbəb kimi göstərib. Lakin bugünki görüş zamanı doktor Səmədov səslənən arqumenti qəti şəkildə təkzib edib və həbsxana rəhbərliyinin uydurma cəfəngiyyatı adlandırıb”.


  • Yazılıb
  • da (də) 2016 Sep 07
  • Göndərən مدير سايت Aran News