Tarix : 2016 Sep 07
Kod 50207

Qarabağda erməni əsgər həlak oldu

Baş vermiş hadisənin təfərrüatlarının araşdırıldığı bildirilir.
Arannews- Dağlıq Qarabağda 19 yaşlı əsgər Arman Qandilyan həlak olub.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 7-nə keçən gecə təxminən saat 1:30-da cəbhə xəttinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin dayaq nöqtəsində növbətçiliyin aparılması qaydalarının pozulması nəticəsində 1997-ci il təvəllüdlü əsgər Arman Alikoviç Qandilyan güllə yarası alıb və həlak olub.
Baş vermiş hadisənin təfərrüatlarının araşdırıldığı bildirilir.

  • Yazılıb
  • da (də) 2016 Sep 07
  • Göndərən مدير سايت Aran News