Tarix : 2016 Sep 08
Kod 50213

Ermənistanda partiyalararası ziddiyyətlər getdikcə dərinləşir

Ermənistanda Müxalif qüvvələr hakim partiyaya qarşı artıq daha aktiv şəkildə hücum edir.
Arannews- Ermənistanın daxilində çox mürəkkəb, siyasi bir vəziyyət yaranıb, partiyalararası ziddiyyətlər getdikcə dərinləşir.
Bunu politoloq Fikrət Sadıqov deyib. 
Müxalif qüvvələrin hakim partiyaya qarşı artıq daha aktiv şəkildə hücuma keçdiyini deyən politoloq ölkədəki kriminal elementlərin hökumət üzvlərindən qaynaqlandığını dilə gətirib:
“Sərkisyan hazırda hakimiyyəti əldən verməmək üçün müxtəlif variantlar axtarır. Bunun çıxış yolu milli barışıq hökumətinin qurulmasında deyil. Yeni, özü də milli barışıq hökumətindən dəm vururlar. Bu, onların bir uydurmasıdır. Sərkisyan hakimiyyəti bir müddət əldə saxlamaq üçün müxtəlif siyasi qüvvələrin nümayəndələrini hakimiyyətə gətirməklə mübarizədən yayınmaq istəyir. Sərkisyanın əsil məqsədi ona qarşı ola biləcək hansısa ciddi addımları kənarlaşdırmaqdır. Çünki milli barışıq ifadəsi siyasətdə kifayət qədər yüksək bir termindir. Sərkisyan yalnız belə bir şüarla  postunu qorumaq məqsədi güdür. Ermənistanda yeni sifətlərin hakimiyyətə gəlməsi heç də o demək ki, onların kursu dəyişiləcək. Mən bunu proqnozlaşdırmıram. Bütün baş verən hadisələr iqtidara qarşı düşmən mövqedə dayanan qüvvələrin aradan götürülməsinə hesablanıb. Siyasi ömrünün qısaldığını görən erməni rəhbər də məhz buna görə dəridən-qabıqdan çıxır”.


  • Yazılıb
  • da (də) 2016 Sep 08
  • Göndərən مدير سايت Aran News