Arannews- Ermənistanın baş naziri Ovik Abraamyan Nazirlər Kabinetinin üzvləri ilə vida görüşü keçirib.
bu barədə İnterfax-a respublikanın siyasi dairələrindəki mənbə məlumat verib.
“Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Yeni baş nazir Karen Karapetyan (Yerevanın sabiq meri) təyin olunacaq”, - agentliyin həmsöhbəti belə deyib.
Onun sözlərinə görə, həmçinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın istefası gözlənilir.
“Çox güman ki, bu vəzifəyə Ermənistanın prezident aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək”, - deyə o bildirib.