İŞİD-ə mənsub olan Azərbaycanlılar həbs olunduqdan sonra polisin təcridxanasına yerləşdirilib.
Arannews- Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətində antiterror polisi İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşını həbs edib.həmin şəxslər Hatayın Reyhanlı qəsəbəsində yaxalanıblar. Polisin bildirdiyinə görə İŞİD-ə mənsub olan 10 Azərbaycan və Misir vətəndaşı həbs olunduqdan sonra müayinə üçün xəstəxanaya aparılıb, daha sonra Hatay polisinin təcridxanasına yerləşdirilib.
Onların barəsində hansı tədbirin görüləcəyi daha sonra müəyyənləşdiriləcək.