Tarix : 2016 Sep 10
Kod 50218

İŞİD-ə qoşulmuş Azərbaycanlılar yaxalandılar

İŞİD-ə mənsub olan Azərbaycanlılar həbs olunduqdan sonra polisin təcridxanasına yerləşdirilib.
Arannews- Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətində antiterror polisi İŞİD-ə qoşulmuş bir qrup Azərbaycan vətəndaşını həbs edib.
həmin şəxslər Hatayın Reyhanlı qəsəbəsində yaxalanıblar. Polisin bildirdiyinə görə İŞİD-ə mənsub olan 10 Azərbaycan və Misir vətəndaşı həbs olunduqdan sonra müayinə üçün xəstəxanaya aparılıb, daha sonra Hatay polisinin təcridxanasına yerləşdirilib.
Onların barəsində hansı tədbirin görüləcəyi daha sonra müəyyənləşdiriləcək. 


  • Yazılıb
  • da (də) 2016 Sep 10
  • Göndərən مدير سايت Aran News