Tarix : 2016 Sep 10
Kod 50219

Azərbaycan hakimiyyətinin islamçılara qarşı yeni planı

Azərbaycan Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadənin məhkəmə iclasında 26 noyabr Nardaran hadisələrinin şahidləri yalan şahidlik ediblər.
Arannews- Azərbaycan paytaxtı Bakının Nardaran qəsəbəsi ilə əlaqədar işdə yalançı şahidlər məhkəmədə şahidlik ediblər.
Azərbaycan Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadənin məhkəmə iclasında 26 noyabr Nardaran hadisələrinin şahidləri yalan şahidlik ediblər.
Məlumata görə, Nardaran işinin yalançı şahidi Şahlar Cəfərov ötən gün keçirilən məhkəmə iclasında deyib: Tale Bağırzadə bir evin həyətində Azərbaycan Daxili İşlər Nazirliyinin polis məmurlarına qarşı barrikada qurmuş və onlara doğru odlu silahlardan atəş açırmış.
Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə idarəsinin məmuru olan digər bir şahid də yalan şahidliklə Tale Bağırzadənin polis məmurlarına doğru atəş açdığını təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan təhlükəsizlik qüvvələri ötən il 26 noyabrda Bakı şəhərinin Nardaran qəsəbəsində əzadarlara atəş açaraq Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və onlarla islamçını həbs ediblər.


  • Yazılıb
  • da (də) 2016 Sep 10
  • Göndərən مدير سايت Aran News