Arannews- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni “516.0.3 maddəsi” təklif olunur.
ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənar yerləşdirilməsi qadağan olunur. Bu qadağalar pozulduğu təqdirdə, vətəndaşlar 2 000 manatdan 2 500 manata qədər, vəzifəli şəxslər 8 000 manatdan 9 000 manata qədər, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manata qədər cərimə olunacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 000 manatdan 2 500 manat cərimə edilməklə, Azərbaycan ərazisindən inzibati qaydada çıxarılacaqlar.
Layihə Milli Məclisə təqdim olunub və parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Qeyd: Rəsmi statistikaya əsasən Azərbaycan əhalisinin 98% Müsəlmandır. Azərbaycan müsəlmanlarının 90%-i Əhli Beyt (əleyhimus səlam) Məktəbinin davamçıları olan 12 İmam Şiəsidir. Şiələrlə yanaşı Azərbaycan Respublikasında Sünni təriqətinin davamçıları və xeyli az miqdarda xristian və yəhudilər də yaşayırlar. Yeganə Din olaraq öz məzhəbi şüarlarını və digər dini atributlarını ibadətgahlardan kənarda, ictimai yerlərdə nümayiş etdirən, dini bayraqları ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənarda yerləşdirən məhz 12 İmam Şiələridir. Belə ki, bu özünü 1400 ildir ki, Məhərrəm və Səfər aylarında daha da, şiddətlə büruzə verir. Elə bu səbəbdən də, əliyevlər rejiminin Mühərrəm qabağı belə bir “təklif” irəli sürməsi məhz Əhli Beyt (əleyhimus səlam) Məktəbinə və Şiələrə qarşı mənşəyi cəhalət və ya düşmənçilik olan qısqanclıqdan irəli gəlir...
Ruhani Tohid İbrahimbəyli də, bu anormal “təklifə” öz rəyini bildirərək bütün Azərbaycan ruhani və dindarlara müraciət edərək, qeyd olunan layihəyə etiraz etmələrini və İmam Hüseyn (əleyhi səlam) Bayrağını daha da Uca tutmağa səsləyib...
Ruhani Tohid Lənkəraninin şəxsi feysbuk statusunda yazdığı sözləri təqdim edirik:
Bir Azərbaycanlı ruhani kimi yalvarıram.
Hamı yatıb düşmən oyaq?!
Düşmən niyə oyaq?
Ay əziz dostlar, ay əziz Ruhani qardaşlarım.
Vallah əgər indi etiraz etməsək var yoxumuz, dinimiz, məktəbimiz əldən gedəcək.
Biz din xadimiyik. Yəni dinə və məktəbimizə zərbə gələn zaman biz sinələrimizi sipər etməliyik.
Bu günə qədər nə olubsa olub.
Artıq bıcaq sümüyə dirənib. Hər gün yeni layihə, yeni qanun. Bütün bu qanunlarda gəlir İmam Hüseyn məktəbinin və onun ucalan bayraqlarının başında sınır.
Ay əziz ruhanilər böyük təhlükə ilə üzləşmişik. Mindiyimiz nicat gəmisini deşirlər. Bu gəmi batsa baxmayacaq ki, kim hansı siyasi baxışa malikdir, kim hara ruhanisidir, kim vilayətçidir. Hamımız boğulacağıq.
Artıq hər şeyə qadağa qoyulur. Şiəlik və İmam Hüseyn (əleyhi səlam) əzadarlığı hədəfə alınıb.
Axı niyə dinməyək.
Yüzlərlə cavan Süriyada, İraqda İmamlarımızın hərəmlərinin kərpiclərini qorumaq üğrunda qana boyanıllar, əsir düşürlər, doğranıllar.
Azərbaycanda Hüseyn əleyhissəlamın məktəbi və bayraqları hədəfə alınıb.
Ay millət, ay Hüseynçilər, ay din xadimləri, Qeyrətli kişilər, ay zeynəbçi bacılar, ay haca gedənlər, ay kərbəlaya gedənlər.
Bəs Həzrəti Zəhranın cavabını necə vecəyik? Şəhidlərin cavabını nə verəcəyik? Bəs gələcək nəslimizin cavabını kim verəcək.
Hüseyni (əleyhi səlam) bizdən alırlar.
Yalvarıram, xahiş edirəm. Ayaqlarıza düşürəm. Gəlin bir olaq. Gəlin İmam Hüseynə və bizə izzət verən bayraqlarımıza sahib çıxaq.
Bizim bu bayraqlara ehtiyacımız var.
Ay dünya Azərbaycanlıları! Ay Hüseynçilər!
Hər kəs nə bacarır etsin. Əlindən gələni əsirgəməsin. Fərdi şəkildə, cəm şəkildə, necə olur olsun, hansı yolnan olur olsun. Gəlin qeyrətimizi düşmənlərimizə görsədək, onların çirkin planlarını puç edək.
Vallah Azərbaycanın izzəti bu bayraqların hörmətinə bağlıdır. Əgər müqavimət etsək və icazə verməsək ki, bu bayraqların və İmam Hüseynin (əleyhi səlam) əzasının hörməti aradan getdin. Onda Allah bizə qeyri adi bir qələbə nazil edər.
İmam Hüseyn (əleyhi səlam) Ağamızın əzasını məhdudlaşdıran hər bir qanunana və layihəyə sərt şəkildə etiraz edirik.
Heç kim İmam Hüseyn (əleyhi səlam) bayraqını bizim evlərimizdən və küçələrimizdən endirə bilməz!
Heç kim Hüseyn Əleyhissəlamın mühərrəm yürüşlərinə qadağa qoya bilməz.
Canımızı əlimizə tutub indiyə qədər bu bayraqları qoruyub saxlamışıq , bundan sonrada qoruyub saxlayacağıq. İnşaAllah
Tariximizin bu önəmli anlarında gərək əziz ruhanilərimiz xalqımızda geri qalmasınlar.
Azərbaycanlı ruhanilər. Fərq etməz hardan və necə. Qum, Nəcəf, Məşhəd və yaxud dünyanın hansı bir ölkəsində ki, yaşayırlarsa bu məsəldə öz bəsirətlərini nümayiş etsinlər.
Bu layihə ilə razılaşanlar Azərbaycanın tarixində Zillətə baş əyən, cılız insanlar kimi tanınacaqlar.
Hamı bilməlidir ki, bu layihə ilə razılaşan şəxs əgər hər hansı bir yerdə "Zillət bizdən uzaqdır" kəlməsini ağzından çıxartısa ona münafiq ləqəbindən başqa bir ləqəb vermək qeyri mümkündür.
Ya Hüseyn biz səninlə düşmənçilik edənlərlə düşmənçilik etməyi Allah qarşısında sənə söz vermişik. Əhdimizə sadiq olduğumuzu bu layihələri Azərbaycan hakimiyyətinə diktə edən əsil düşmənlərə sübüt edəcəyik.
"Azərbaycan Hüseynçilər yurdudur"
Ruhani Tohid İbrahimbəyli.