Abbas Hüseynov: "Bu hakim rejim elə bilir ki, bizi şərləyərək insanları ictimai işlərdən qorxudaraq kənarlaşdıracaqlar. Amma yanlış düşünüblər. Öz vətəndaşlarına zülm edən YAP mafiası özləri tezliklə yox olub gedəcəklər".
Arannews- Səbail Rayon Məhkəməsində Abbas Hüseynovun işgəncələr ilə şikayətinə baxılıb.
Abbasin məhkəmədə cıxışı:
"Bu hakim rejim elə bilir ki, bizi şərləyərək insanları ictimai işlərdən qorxudaraq kənarlaşdıracaqlar. Amma yanlış düşünüblər. Öz vətəndaşlarına zülm edən YAP mafiası özləri tezliklə yox olub gedəcəklər. İnsanlara xidmət etmək şərəfindən uzaq olacaqlar.
Bu mövcud hakimiyyət millətimizin, milliliyimizin düşmənidir. Bu rejim görün necə azğınlaşıb ki, reket, quldur zombi polislərini bir terrorçu kimi öz vətəndaşlarının üstünə göndərib. Istəyirdi ki, hər zaman hakimiyyəti idarə edən YAP terror məmurlarını tənqid edən hər kəsi MBH-ni və ölkədə bütün etirazçıları qorxutsunlar. Hakimiyyət öz məqsədlərinə çatmaq üçün ölkə vətəndaşının 6 nəfərini öldürdü. Tutduqlarını şərləyərək ağır işgəncələr veriblər.
Əgər məsələyə insafla baxsaq aydın şəkildə görərsiz ki, biz özümüz terrora, işgəncələrə, haqsızlığa məruz qalanlarıq. Amma bu rejim bizi cinayətkarlıqla terrorçu adı ilə şərləyib mühakimə edir.
Bilin ki bu ölkədə cinayətkartları deyil, cinayətkarlığa qarşı mübarizə aparanları həbs edirlər.
Ona görə də bu gün ölkəmiz həbsxanadır, haqsızlıq olan ölkənin çölü də zindandır, içərisi də."