Tarix : 2016 Sep 10
Kod 50222

Hacı Mövsüm Səmədova Dəstək

Şərlənərək haqsız yerə həbsə edilən AİP LİDERİNİN da etiraz etmə hüququ var. Qeyri-qanuni həbs onu etirazda məhrum edə bilməz
Arannews- Sentyabrın 26-da  keçirilməsi planlaşdırılan referenduma etiraz olaraq AİP lideri Mövsüm Səmədov artıq 10 gündür ki, aclıq aksiyasına başlayıb. məsələ ilə əlaqədar gənc fəallar münasibət bildiriblər.

Vahid Azərbaycan Partiyasının sədri Tural Abbaslı hər bir vətəndaşın etiraz hüququ olduğunu vurğuladı: "Şərlənərək haqsız yerə həbsə atılmış Möhsün Səmədovun da etiraz etmə hüququ var. Qeyri-qanuni həbs onu etirazda məhrum edə bilməz. Mən Mövsüm Səmədovu şəxsən tanıyıram. Bir vaxtlar eyni müddətdə Kürdəxanı həbsxanasında idik və xeyli söhbətlərimiz olmuşdu. Baxmayaraq ki, bu gün rəy yaradılıb, guya onlar dövlətçilik əleyhinə olan insanlardır, dövlət quruluşun dəyişmək istəyir, amma onlar da adi demokratik qaydaların olmasını istəyən və bunun uğrunda mübarizə aparan insanlardır".
Gənc fəal bir zamanlar özünün də aclıq aksiyası keçirdiyini xatırladaraq bunun xüsusən həbsdə çox ağır olduğunu bildirdi:  "Mövsüm Səmədovun mübarizəsini alqışlayıram. Amma elə şəraitdə aclıq aksiyasının keçirilməsinin nə qədər ağır olduğunu da bilirəm. 10 gün bunun üçün qısa müddət deyil. Hakimiyyət, dövlət bu məsələni diqqətə almalıdır. Mövsüm Səmədova da çağırış edərək bildirmək istərdim ki, aclıq aksiyasını dayandırsın və səhhətinə bundan artıq ziyan vurmasın. Çünki zatən bu xəbəri bütün dünya, ən azı Azərbaycanda hər kəs bildi və aksiyalarda məqsəd də bir hadisə barədə informasiyaların yayılmasına səbəb olmaqdır. Amma özünü də qorumalıdır. Orda bir günlük aclıq aksiyası insanın illərlə xəstələnməsinə səbəb ola bilər."
 
AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn bu məsələlərə münasibətlərinin əvvəldən birmənalı olduğunu bildirdi: "Biz bütün siyasi məhbuslar kimi Mövsüm Səmədovun müdafiəsinə qalxmış və bu həbsi pisləmişik. Bunu söz azadlığına, insanların dini etiqadına qarşı bir addım kimi qiymətləndirmişik. Mövsüm Səmədov dəfələrlə “kars”a salınıb. Biz bunu pisləyir, hökumətin növbəti cılız addımı kimi qiymətləndiririk. Hesab edirik ki, AİP liderinin “kars”a salınması onun haqlı mövqeyinə, prinsipiallığına görədir və hökumət növbəti dəfə bu yolla ondan qisas alır. Əlbəttə ki, biz birmənalı şəkildə bunu pisləyir, Mövsüm Səmədova azadlıq tələb edirik. Ümumiyyətlə bütün siyasi məhbuslara azadlıq tələb edirik. Aclıq aksiyası dünyada populyar olan etiraz növüdür, Səmədov da bu yolla etirazını bildirir. Təbii ki, istəməzdik ki, onun səhhətinə hər hansı bir problem yaransın. Allahdan ona səbir və dözüm istəyir, tezliklə azadlığa çıxmasını arzulayırıq".

D18 Hərəkatının sədri Ruslan İzzətli isə bildirdi ki, bu ölkə ideoloji və siyasi baxışlarından asılı olmayaraq hər kəs hakimiyyətə qarşıdır: “Çünki hakimiyyət kimisə həbs edəndə bunun dindar, ya ateist, solçu, yaxud sağçı olduğuna baxmır. Son 3-4 ildə isə inanclı bacı və qardaşlarımıza qarşı hakimiyyətin başqa siyasəti var. Həbs etməkləri bir yana, onları başqa ölkələrə də bağlayırlar. Çalışırlar ki, ölkədə «radikal İslam», «terrorçu İslam» var mesajını cəmiyyətə versinlər və cəmiyyəti bu avtoritar siyasətləri ilə aldatsınlar. Amma şükürlər olsun ki, cəmiyyət hakimiyyətin siyasətini mahiyyətini anladı. Mövsüm bəyin referendum məsələsində göstərdiyi şücaət və cəsarət təbii ki, cəmiyyət tərəfindən alqışlanır və Mövsüm bəy bir tarix yazır. Hakimiyyətin dindarlara qarşı apardığı savaş da bu hakimiyyətin dövründə ən utancverici bir tarixdir. Sabah bu hakimiyyət ədalət qarşısında yarğılananda, dindarların işinin haqq-hesabı soruşulacaq".

Aclıq aksiyası keçirən AİP lideri M.Səmədov vəkili ilə görüşündə bildirib ki, referendum aktında Konstitusiyada nəzərdə tutulan dəyişikliklərlə bağlı ayrı bir etiraz imkanları olmadığına görə yalnız aclıq aksiyası formasında dəyişikliklərə etiraz edir.


  • Yazılıb
  • da (də) 2016 Sep 10
  • Göndərən مدير سايت Aran News