Arannews-İnformasiya qaynaqları Rusiyanın cari sentyabr ayının ilk həftəsində gündəlik neft istehsalını 11 milyon barelə qədər artırmasından xəbər veriblər.
Röyters-in Moskvadan verdiyi məlumata görə, adının açıqlanmasını istəməyən bir mənbə deyib: Neft istehsalındakı bu artım yerli şirkətlərlə xarici şirkətlər arasında birgə layihələrin icrası çərçivəsində təyin olunmuş pay bölgüsü əsasındadır.
Rusiyanın gündəlik neft istehsalının həcmi iyul ayında 10 milyon 850 min barel, avqust ayında isə 10 milyon 710 min barel olub.
Bu məlumata görə, Rusiyanın neft istehsalının həcmindəki bu artım hələ bir neçə ay davam edəcək.