Tarix : 2016 Sep 12
Kod 50229

QURBAN BAYRAMINIZ MÜBARƏK

İslam təqviminin ən əlamətdar tarixlərindən olan müqəddəs Qurban bayramını, mənəvi həcc səfərinin şah zirvəsini sinvolizə edən günü təntənəli surətdə qeyd etmək çox gözəldir.
AranNews- Əziz oxucularımız Zilhiccə ayının 10-u Qurban bayramı günüdür. sizi bu böyük bayram münasibəti ilə təbrik edirik.
Həzrət İbrahimin(ə) İsmayıl qurbanı ilə əlaqəli bu bayram bizə dünya məhəbbətini qəlbdən çıxarılmasını öyrədir.
İmam Rza(ə) belə buyurmuşdur: “Qiyamət bərpa olanda ”dörd günü" bəxt evinə aparılan gəlin tək Allahın dərgahına apararlar." Soruşdular: “Buyurduğunuz dörd gün hansı günlərdir?” İmam Rza(ə) buyurdu: “Qurban bayramı, Fitr bayramı, Cümə günü və Qədir Xum bayramı”. 
Həzrət İbrahimin(ə) İsmayıl qurbanı ilə əlaqəli bu bayram bizə dünya məhəbbətini qəlbdən çıxarılmasını öyrədir. Allah uzun illər boyu övladı olmayan İbrahimə(ə) İsmayılı(ə) və onun anası Hacəri(s) Məkkəyə aparmağı, özünün isə Fələstində qalmasını əmr edir. 

Zilhiccənin 10-cu günü – Qurban bayramı gününün əməlləri:
1. Qüsl almaq.
2. Qurban bayramının namazını qılmaq.
3. "Səhifeyi-Səccadiyə" dua kitabının 48-ci duasını (Qurban bayramı və cümə gününün duası)  oxumaq.
4. “Nüdbə” duasını oxumaq.
5. İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini oxumaq.
6. Qurban kəsmək.
7. Qurban bayramı gününün zöhr namazından etibarən zilhiccə ayının 12-ci gününün sübh namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək böyük savaba malikdir: «Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd. Allahu əkbəru əla mə hədənə. Allahu əkbəru əla mə razəqnə min bəhimətil-ən’am. Vəlhəmdu lilləhi mə əblənə». Tərcüməsi: «Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa məbud yoxdur və Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır və həmd Allaha məxsusdur. Bizə verdiklərinə görə, ev heyvanlarından bizə ruzi yetirən Allah hər şeydən ucadır. Bizi sınağa çəkdiyinə görə Allaha həmd olsun».

Əziz və hörmətli müsəlmanlar! Sizi müqəddəs Qurban Bayramı Münasibətilə təbrik edirik! 
Qurban kəsənlərin Allah qurbanını qəbul etsin, kəsməyənləri niyyətlərinə görə savabdan məhrum etməsin!
Əziz və hörmətli müsəlmanlar! Sizi müqəddəs Qurban Bayramı Münasibətilə təbrik edirik! 
Qurban kəsənlərin Allah qurbanını qəbul etsin, kəsməyənləri niyyətlərinə görə savabdan məhrum etməsin!
  • Yazılıb
  • da (də) 2016 Sep 12
  • Göndərən مدير سايت Aran News