Arannews- Türkiyənin Van şəhərində güclü partlayış baş verib.
Partlayışın baş verdiyi ərazi Van valiliyi və AKP-nin vilayət mərkəzinin yerləşdiyi binaya çox yaxındır.
Bunu Vanın millət vəkili Bəşir Atalay jurnalistlərə açıqlamasında deyib.
Millət vəkili partlayışın bomba yerləşdirilmiş avtomobillə törədildiyini və əsas hədəfin polis mərkəzi olduğunu deyib.
Van valiliyindən verilən açıqlamaya görə, partlayış nəticəsində 48 nəfər yaralanıb.