Arannews- Qarabağ Azadlığı Uğrunda Təşkilatının sədri Dağlıq Qarabağ münaqişəsi qarşılığında Ermənistanın mövqeyini tənqid edib.
Rövşən Əhmədli Ermənistan siyasətçilərinin funksiyasından xalqın narazı olduğunu bildirərək deyib: Bu ölkə xalqı rəhbərliyin siyasətindən yorulublar.
Əhmədli Rusiyanın Ermənistan hökumətini birbaşa şəkildə dəstəkləməsinə toxunaraq deyib: Minsk qrupunun həmsədri olan Rusiyanın razılığını qazanmaq üçün Ermənistanın səyi Qafqazda siyasi vəziyyətin mürəkkəbləşməsinə səbəb olub.
Əhmədli bildirib: Ermənistanı dəstəkləyən qərb ölkələri Qarabağ münaqişəsinin bu bölgənin xeyrinə həll olunmasında maraqlı deyillər. Əgər Azərbaycan bu böhranın həlli istiqamətində ciddi addım atmasa, Qarabağ münaqişəsinin həllinə ümid bəsləmək olmaz.