Arannews- Ermənistan prezidenti Serj Sərqsyan bu gün Karen Karapetyanın baş nazir təyin olunması barədə fərman imzalayıb.
bu barədə dövlət başçısının saytında bildirilib.
Xatırladaq ki, 2014-cı ili naprel ayından hökumətə rəhbərlik edən Ermənistanın baş naziri Ovik Abramyan sentyabrın 8-də istefa vermişdi. Elə həmin gün Sərqsyan hökumətin istefasını qəbul edib. Eyni zamanda dövlət başçısı Nazirlər Kabinetinə yeni hökumət qurulana qədər öz vəzifələrini yerinə yetirməyi tapşırıb.
Yeni hökumət baş nazirin təyin olunmasından sonra 20 gün müddətində qurulacaq.
Nazirlər Kabinetinin üzvləri yeni baş nazirin təklifi ilə prezident tərəfindən təyin olunacaq.