Arannews- Türkiyənin Ədliyyə Nazirliyi Fəthullah Gülənin həbs edilməsi tələbi ilə ABŞ-a rəsmi müraciət edib.Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Xatırladaq ki, F.Gülən iyul ayında Tükiyədə hərbi çevrilişdə cəhddə ittiham olunur.
Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşdə Amerikanın F.Güləni ekstradisiyaya qədər saxlamalı olduğunu bəyan etmişdi.
Onu da qeyd edək ki, İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb.