Zarui Postancyan:
"Xalqın bütün tələbləri yerinə yetirilərək hökumət və prezident də istefaya getməlidir"
Arannews- Hakimiyyətlə mübarizənin növbəti mərhələsi parlament və prezident iqamətgahının ələ keçirilməsi olacaq.
bunu Ermənistan Parlamentində çıxışı zamanı müxalif deputat Zarui Postancyan söyləyib. Onun sözlərinə görə, hazırkı parlament təcili şəkildə buraxılmalıdır.
“Xalqın bütün tələbləri yerinə yetirilərək təkcə parlament yox, hökumət və prezident də istefaya getməlidir. Onların hamısı məhkumlar skamyasında oturmalı və xalqdan oğurladıqlarını geri verməlidirlər”.