Tarix : 2016 Sep 15
Kod 50251

15 yaşlı qızdan sosial mediada hicablı emosiya təklifi

səudiyyəli Rayuf Əlhumədi sosial mediada hicablı emosiyaların yaradılması üçün kampaniya başladıb.
“BBC”-nin verdiyi xəbərə görə, Almaniyada yaşayan Əlhumədi sosial media və mesajlaşma proqramlarında tez-tez istifadə edilən emosiyaları yaradan "Unicode Consortium"a yeni emosiyalar təklifini təqdim edib. Əgər yeni emojiler təsdiq olunarsa, 2017-ci ildən etibarən bir çox platformada istifadəyə veriləcək. Emosiya layihələrilə bağlı bir məqalə oxuyan Rayuf hicablı emosiya təklifini "Unicode"a göndərib. 
Fikri bəyənən bir "Unicode" əməkdaşı təklifin daha rəsmi bir hal alması üçün Rayufa kömək edib. Rayuf göndərdiyi ilk e-poçtda niyə hicablı emosiya istədiyini izah edərkən belə qeyd edib:"Hər şeyin rəqəmsallaşdığı bir dünyada yaşayırıq. 
Artıq hər cür vizual ünsiyyətin əvəzolunmaz bir parçası oldu. Dünyada bu qədər çox müxtəliflik var, bizim də bir şəkildə təmsil edilməyimiz lazımdır.
HİCABLI emosiya fikrini müzakirə etməyimiz lazıdır". Rayufun təklifinə sosial xəbər saytı "Reddit"in qurucularından Alexis Ohaniandan da dəstək var. Ohanian çərşənbə axşamı günü "Reddit" saytında hicablı emosiya məsələsini canlı müzakirəyə çıxarıb və "Reddit" istifadəçilərinə fikrin sahibi Rayufa ağıllarındakı sualları yönəltmək imkanı verib.
Bəzi iştirakçılar fikri bəyənib, bəziləri hicabı "qadınları təzyiq altında saxlamaq üçün istifadə edilən bir vasitə" kimi qiymətləndirib. Rayuf və onunla birlikdə işləyən qrup hicablı emosiya təklifinin son vəziyyətini noyabr ayında "Unicode"a təqdim edəcək.


  • Yazılıb
  • da (də) 2016 Sep 15
  • Göndərən مدير سايت Aran News