Tarix : 2016 Sep 15
Kod 50252

Bölgədəki bütün problemlər İsrailin mənafeyinə xidmət edir

Livanın "Hizbullah" hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim Yaxın Şərqdə baş verənlərlə bağlı dünən "əl-Mənar" telekanalına müsahibə verib.
“AlManar”-in verdiyi xəbərə görə, Müsahibəsində bölgədəki siyasi proseslərə toxunan Şeyx Naim Qasim ABŞ və Qərb ölkələrini imperialist siyasət yürütməkdə ittiham edib.
"Müqavimət olmasa idi, Livan İsrailin əlində olardı. Biz İsrailin işğalçı ordusu qarşısında sarsılmaz qala olaraq dayandıq", - deyə Şeyx Naim Qasim vurğulayıb.
Şeyx Naim Qasim qeyd edib ki, bölgədə bütün problemlər İsrailin mənafeyinə xidmət edir.


  • Yazılıb
  • da (də) 2016 Sep 15
  • Göndərən مدير سايت Aran News