İslamı qəbul edən Böyük Britaniya səfiri Saymon Kollins Səudiyyə Ərəbistanında ilk həcc ziyarətini reallaşdırıb.
AranNews, xəbər verir ki, "Bu, islamı qəbul etdikdən sonra ilk həcc ziyarətimizdir. Allah şükürlər olsun" - bunu səfir Saymon Kollinsin xanımı Huda Kollins özünün tvitter səhifəsində Fuziyə Əl Bəkr adı ilə paylaşıb.
Simon Kollins, 1978-ci ildə "Forin-Oficce"də ərəb dili ixtisası üzrə təhsilini bitirdikdən sonra fəaliyyətə başlayıb. 2015-ci ilin yanvar ayında Ər-Riyad şəhərinə səfir təyin olunub.
O Qətər, Suriya, İraq və Bəhreyndə Britaniyanın diplomatik missiyasını yerinə yetirib.
Britaniyalı səfir 5 uşaq atasıdır. /arabnews.com/