bu sözləri iranin Azərbaycana təyin olunmuş yeni səfiri Ərdəbil əyalətində Azərbaycan və İran tacirlərin müştərək şura üzvləri ilə görüşündə deyib.
Arannews- Baxmayaraq ki, qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman diqqət mərkəzində olub. İran hökuməti qonşu ölkələrlə iqtisadi və ticari əlaqələrini inkişaf etdirməkdə əzmkardır.
bu sözləri bu iranin Azərbaycana təyin olunmuş yeni səfiri Cavad Cahangirzadə Ərdəbil əyalətində Azərbaycan və İran tacirlərin müştərək şura üzvləri ilə görüşündə deyib.
C.Cahangirzadə mövcud durumu öyrənmək üçün Azərbaycana getməmişdən öncə sərhəd əyalət rəsmiləri ilə görüş keçirdiyini və vəziyyəti öyrənməyə çalışdığını deyib. “Səfir olduğum müddətdə Ali Rəhbərin iqtisadi inkişaf və elmi inkişaf sahəsindəki baxışlarını tətbiqinə çalışacam. Son üç ildə Azərbaycan və İran rəsmiləri, iqtisadi və ticari nümayəndələri davamlı görüşlər keçirib. Özəl sektor iqtisadi məsələlərdə daha aktiv olmalıdır. İranın Azərbaycandakı səfirliyi bu sahədə hər növ əməkdaşlıq etməyə hazırdır.”
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Möhsin Pakayinin xidmət müddəti bitdiyi üçün bu ölkə Azərbaycana yeni səfir təyin edib. C.Cahangirzadənin yaxın vaxtlarda Bakıda fəaliyyətə başlayacağı gözlənilir.