“Türkiyə mətbuatı”-nin verdiyi xəbərə görə, Müsəlman qadın paltarının yandığını görən kimi ətrafdakıların yardımı ilə üzərindəki yanğını söndürməyə nail olub. Hadisənin qurbanı adı açıqlanmayan 35 yaşlı şotlandiyalı turistdir.
Polis araşdırmalara başlasa da, hadisəni törədən cinayətkar hələ ki, saxlanmayıb.
Amerikanın ən böyük QHT-lərindən olan Amerika İslami Əlaqələr Şurasının hüquqşünası Albert Xan ölkədə artmaqda olan islamofob hücumlardan narahatlıq duyduqlarını dilə gətirib.
Nyu York polisi hadisə yerindən qaçan şəxs barəsində "nifrət cinayəti" ittihamı ilə cinayət işi açıb.