Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra həyata keçirilən həbslər səbəbindən kameralarda yaranan sıxlıqla bağlı məhkumlar etiraz ediblər.
AranNews-un verdiyi xəbərə görə, Müraciətedən məhkumlara Ədliyyə Nazirliyindən gələn cavabda 5 il ərzində 174 həbsxana tikilib, 100 min 182 nəfərlik tutumluq yeni yerlərlə təmin olunacaqları bildirilib. Təkirdağ 1 Saylı F Tipli Həbsxanada qalan 6 məhkum 15 iyuldan sonra kameralarda meydana gələn sıxlıq və yer qıtlığı probleminin həlli üçün həbsxana idarəsinə müraciət edib.
İdarə də öz növbəsində cavab verilməsi məqsədilə bu ərizəni Ədliyyə Nazirliyinə yönləndirib.
Nazirlikdən 25 avqustda verilən cavabda ölkə daxilindəki cəzaçəkmə müəssisələrində tutumdan artıqlıq mövcudluğu, məhbus sayındakı proqnozlaşdırılmayan artımla bağlı 5 il ərzində 174 ədəd yeni cəzaçəkmə müəssisəsi tikiləcəyi və 100 min 182 nəfərlik tutum artımının təmin olunacağı qeyd olunub. Məhkumların vəkili Gül Altay "Həbsxanada 3 nəfərlik kamerada 6 nəfər qalır. Növbə ilə yatırlar. İçəri doludur onsuz da. Dövlət bunu həll etmək üçün nəsə etməlidir, daha çox həbsxana açıb, daha çox insanı içəri atmağı planlaşdırır", - deyib. /Hürriyet/