Beynəlxalq "Elm və mədəniyyət" assosiasiyası müxtəlif dillərdə tərcümə olunmuş Quranı mühacirlər arasında pulsuz paylayıb.
“AranNews” xəbər verir ki, beynəlxalq assosiasiyası şəhərin böyük meydanında müxtəlif dillərdə tərcümə olunmuş dini kitablar və Quran-Kərim paylayıblar. Layihə "Allahın elçisi Məhəmməd" adı altında həyata keçirilib.
Təşkilat bundan sonra da bu cür fəaliyyətlərini davam etdirəcəyini bildirib.
Quranın paylanması 4 saat davam edib. Kampaniyanın məqsədi İslamla bağlı mənfi təsəvvürləri aradan aparmaq və müsəlmanları İslam maarifi ilə tanış etmək olub. /Aryanews.com/