işğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanın İsrail rejiminin mənafeyinə xidmət etdiyini etiraf edib.
"AranNews"-un verdiyi xəbərə görə, Netanyahu bildirib ki, Səudiyyə Ərəbistanı İsrail ilə digər ərəb ölkələri arasındakı əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. “Times Of Israel” qəzetinə müsahibə verən Netanyahu iranlıların həcc ziyarətinə getməməsinə də toxunub.
Benyamin Netanyahu vurğulayıb ki, iranlıların həccə getməməsi İsraili sevindirib. "Həcc ziyarəti siyasi irqçilik yeri deyil. Səudiyyə Ərəbistanı gözəl şəkildə təhlükəsizliyi təmin edir", deyə Netanyahu iddia edib. /Eastnews.org/