bütün bu fitnəkarlıqlar sionistlərin İmam Xomeyni (r.ə) həzrətlərinin düşmənlərin bu cür fitnəkarlıqları ilə bağlı göstərişlərinə tabe olaraq ayıq-sayı olmalı , din və vilayəti himayə etməliyik.
Azerbaijan Servisi/Aran Agentliyi
Azərbaycan Respublikası İslam Partiyasının sədri Haci Möhsün Səmədov deyib : İmam Xomeyni (r.ə) həzrətləri beynəlxalq bir şəxsiyyət olaraq bütün azadə fikrli insanların rəhbəri idilər.
İranda Hz. İmam Xomeyni (r.ə)-in vəfatının 19-cu ildönümü mərasiminə təşrif buyurmuş Haci Möhsün Səmədov Tehranın azəri dilli radiosunun müxbiri ilə müsahibədə İmam Xomeyni (r.ə) həzrətlərinin şəxsiyyətinin dünya xalqlarına təsirini təsəvvürdən xaric hesab edib və Qərb dünyasının müsəlmanlar və İslam dünyasına qarşı fitnəkarlıqlarını hegemon qüdrətlərin İmam Xomeyni (r.ə)-in ideyalarının qloballaşmasından qorxmasının nəticəsi bilib .
İslam Partiyasının rəhbəri İmam (r.ə)-in dünya xalqlarına müvafiqətinin önəmli cəhətini zalım qüvvələr və hegemon qüdrətlər qarşısında birliyi və həmrəyliyi hesab edib.
Az. R. İslam Partiyasının sədri sonra da Qərb ölkələrində islamla mübarizə gedişini kəskin tərzdə pisləyərək dünya müsəlmanları ziyalıları və mütəfəkkirlərinin Qərbə qarşı etiraz xarakterli məktub ünvanlarını yüksək dəyərləndirərək deyib : Az. R. ziyalıları , universitet müəllimləri və incəsənət xadimləri də İslam dünyası mütəfəkkirləri ilə birlikdə islama qarşı hərəkətləri pisləyiblər .
Haci Möhsün Səmədov habelə Az. R-də islamla mübarizə təzahürünə toxunaraq deyib : bütün bu fitnəkarlıqlar sionistlərin İmam Xomeyni (r.ə) həzrətlərinin düşmənlərin bu cür fitnəkarlıqları ilə bağlı göstərişlərinə tabe olaraq ayıq-sayı olmalı , din və vilayəti himayə etməliyik.