Tarix : 2016 Sep 17
Kod 50270

Pakistanın şimal qərbində terror aktı törədilib

Pakistanda məsciddə baş vermiş partlayışda ölənlərin sayı 20-ə çatıb.
Pakistanın Əfqanıstanla sərhədə yaxın böglədə cümə namazı vaxtı məscidlərinin birində partlayış baş verib. 
AranNews” bildirir ki, ilkin məlumata görə, Pakistanın şimal qərbində Muhmənd bölgəsində baş verən partlayışda 20 nəfər həlak olub, 35 nəfər yaralanıb. 
İntiharçı özünü məscidin içərisində partladıb.  
Hələlik heç bir qrup hadisənin məsuliyyətini üzərinə götürməyib. /Presstv/
  • Yazılıb
  • da (də) 2016 Sep 17
  • Göndərən مدير سايت Aran News