Aclıq aksiyası keçirən və sağlamlıq əziyyəti ağır olan üç fələstinli məhbusa dəstək məqsədilə İsrail həbsxanalarında yatan 100 məhbusun aclıq aksiyasına başlayacağı qeyd edilib.
“AranNews”-un verdiyi xəbərə görə, Beynəlxalq Qızıl Xaç Təşkilatı İsrail xəstəxanalarında yatan və aclıq aksiyanı davam etdirən üç fələstinli məhbusun sağlamlıq vəziyyətlərinin daha da pisləşməsindən narahatlıq duyulduğunu açıqlayıb.
Fələstinli məhbuslar Məhəmməd əl-Bülbül, Mahmud əl-Bülbül və Malik əl-Kadi inzibati həbs cəzalarına etiraz məqsədilə iki aydan çoxdur ki, aclıq aksiyası keçirir. Fələstinli Əsirlər və Azadlığa Qovuşanlar nümayəndə heyətinin rəhbəri İsa Karakiya inzibati həbs cəzasına etiraz üçün 71 gün əvvəl aclıq aksiyasına başlayan Malik əl-Kadinin sağlamlıq vəziyyətinin çox pis olduğunu deyib.
O, məsələ ilə bağlı verdiyi açıqlamada əl-Kadinin vəziyyətinin 2011-ci ildən bu yana keçirilən aclıq aksiyaları içində ən pisi olduğunu qeyd edib.
Fələstinli məhbusun yeddi gündür komada yatdığını bildirən Karakiya əl-Kadinin saxlanıldığı xəstəxanada ölümlə mübarizə apardığını bildirib. /Eastnews.org/