Tarix : 2016 Sep 17
Kod 50272

Yəmənli Hacı Əərəbistan Kralına salam vermədi

Sosial mediada paylaşılan videoda yəmənli hacının, Səudiyyə Ərəbistanı rejimi kralı ilə görüş zamanı hamıdan fərqli olaraq kral Salmana salam verməyib.
AranNews” xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı, Həcc nümayəndə heyətləri və önəmli şəxsiyyətləri qəbulu zamanı gözlənilməz bir hadisə baş verib. Yəmənli bir zəvvar Səudiyyə kralını saymayaraq ona əl verib salamlaşmadan yanından keçib. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejimi, ötən ildən bəri ABŞ-ın dəstəyi ilə Yəmənə hava əməliyyatları təşkil edir.
Bu bombardmanlar nəticəsində yüzlərlə günahsız dinc Yəmən sakini dünyasını dəyişib. Hücumlar zamanı on minlərlə insan yaralanıb və yüz minlərlə yəmənli də qaçqın düşüb.
Səudiyyə Ərəbistanı və koalisiya qüvvələrinin təşkil etdikləri hava hücumlarında, Yəmənin infrastrukturu, xəstəxanaları, məktəbləri və yaşayış mərkəzlərinin 80 faizi ziyan görüb. /Maide.az/
  • Yazılıb
  • da (də) 2016 Sep 17
  • Göndərən مدير سايت Aran News