Terror-işgəncə videolarının məsulu, İŞİD liderlərindən Vail Suriyada öldürüldü.
“AranNews”-un verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi terror qruplaşması İSİD liderlərindən daha birinin Suriyada oldürüldüyü acıqladı.
Pentaqon nümayəndəsi Peter Kuk bildirib ki, Vail kimi tanınan Vail Adil Hasan Salman Əl Fəyad 07 sentyabrda Rakkaya edilən hücum zamanı öldürülüb.
Kuk qeyd edib ki, Vail terror qruplaşmasının "informasiya naziri" və İSİD-in yüksək şurasının üzvlərindən olub. Vail İSİD-in işgənçə və edamlarını çəkib yayan, terror təbliğatı videolarının hazırlanmasına məsul şəxs idi. Vailnin öldüyünü təsdiq edən İSİD üzvü Məhəmməd Əl Adnani ilə yaxin əlaqədə olduğunu iddia edən Kuk, İSİD-in ləğvi ücün ABŞ-ın müttəfiqləri ilə həmkarlığını davam etdirəcəyini vurğulayıb.
Rusiya Müdafiə Nazirliyi isə Rusiya HHQ-nin Hələb əməliyyatı zamanı İSİD-in ikinci fiquru olan Əl-Adnanini məhv etdiklərini açıqlayıb. /Sputnik/