Birləşmiş Millətlət Təşkilatının baş katibi Pan Gi Mun sionist İsrail rejimi əleyhinə ilk dəfə sərt ifadələr işlədib və elan edib ki, İsrail, boğucu və zülm dolu işğalını dayandırmalıdır.
“AranNews” xəbər verir ki, BMT-ninm yaydığı bəyanatda bildirilir ki, Birləşmiş Millətlət Təşkilatının baş katibi Pan Gi Mun işğalçı rejimin baş naziri Netanyahunun “Fələstinlilər Qərb sahilindəki yəhudilərə qarşı etnik təmizləmə aparmaq istəyirlər” iddiasını qəbul olunmaz və sinirləri pozan bir iddia adlandırıb.
P.Gi Mun deyib ki, açıq şəkildə bəyan edirik ki, bu ərazilərdə məskunlaşma yerlərinin salınması beynəlxalq qanunlara ziddir. İsrail, boğucu və zülm dolu işğalını dayandırmalıdır.
Pan Gi Munun bu sözləri dünən İşğalçı İsrail rejiminin baş naziri Netanyahunun bir həftə öncəki çıxışına münasibət bildirərkən deyib. “Netanyaho öz video müraciətində
Qərb sahilində yeni qəsəbələrin salınması ilə müxalif olan şəxsləri yəhudilərə qarşı etnik təmizləmə həyata keçirənləri dəstəkləyənlər adlandırmışdı.”
Sionist İsrail rejimi uzun illərdirki, Fələstinlilərin evlərini dağıdaraq yeni qəsəbələr salır və heç bir beynəlxalq tələblərə tabe olmur. İnsan haqları iddiaçıları və beynəlxalq təşkilatlar sadəcə quru tələb etməklə kifayətlənirlər və əməldə bu cinayətkar rejimə qarşı hansısa təzyiqlər göstərmir. /Indian Express/