Tarix : 2016 Sep 19
Kod 50278

İordaniya XİN-dən İsrailə etiraz

“PETRA” Dövlət İnformasiya Agentliyi XİN-in mətbuat katibi Sabah ər-Rafinin bəyanatına istinadla İordaniya Xarici İşlər Nazirliyi Qüds ((Yerusəlim) şəhərində öz vətəndaşı Səid əl-Amronun İsrail polisi tərəfindən öldürülməsini pisləyib.
AranNews” xəbər verir ki, Sabah ər-Rafi öz bəyanatında İsrail hüquq-mühafizə orqanlarının İordaniya vətəndaşının qonşu dövlətin polisinə hücum etmək cəhdi barədə fərziyyəsini qeyri-inandırıcı adlandırıb. O, xüsusi qeyd edib ki, İsrail hüquq-mühafizə orqanlarının məlumatında heç bir polis əməkdaşının xəsarət almadığı bildirilir. Mətbuat katibi əlavə edib ki, iordaniyalı gənc Qüdsə turist qrupunun tərkibində gəlib.
Ər-Rafi, həmçinin vurğulayıb ki, hazırda İordaniya hökuməti beynəlxalq təcrübəyə uyğun olaraq zərurət halında əlavə hüquqi və diplomatik tədbirlər görmək üçün insidentin baş vermə şəraiti və təfərrüatlarını aydınlaşdırır. Bundan başqa, həlak olanın cəsədinin ailəsinə verilməsi üçün lazımi tədbirlər görülür. /Azərtac/
  • Yazılıb
  • da (də) 2016 Sep 19
  • Göndərən مدير سايت Aran News