Tarix : 2016 Sep 19
Kod 50279

Nyu-Yorkda Hicab, moda imperiyasını fəth edir

İndoneziyalı dizayner Аnnisya Hasbian Amerikanın Nyu-York ştatında keçirilən moda həftəsində özünün qeyri-adi kolleksiyası ilə çıxış edib.
AranNews”-un verdiyi məlumata görə,, modelin podium üzrə nümayişi zamanı gözəl naxışlı hicab geyimləri nümayiş olunub. Çox zərif və müasir, uzun paltarlar, örtüyü, əllərini, boynunu örtən yaylıqlar izləyənlərin diqqətini cəlb edib.
"De Jayakarta" adlı kolleksiyada 38 gündəlik və 10 axşam geyimi nümayiş olunub. Maraqlıdır ki, bir çox tanınmış modelyerlər hicaba qarşı maraq göstəriblər - xüsusi ilə məşhur dizaynerlər Oskar de la Renta, DKNY və Tommi Hilfieger. 
2016-ci ilin yanvar ayında italiyalı dizaynerlər Dominko Dolce və Stefano Qabbana, yaxın şərq ölkələrində müsəlmanlar üçün yeni Dolce & Gabbana kolleksiyasını təqdim ediblər.
İtalyan dizaynerlərin kolleksiyasında qara rəng üstünlük təşkil edir. Dolce & Gabbana firması müsəlmanlar üçün "Abaya" adı altında təqdim etdikləri kolleksiyada hicab, qadın geyimləri, ayaqqabı və digər aksesuarlar olub. Bu ilin martında isə yapon brendi "Uniqlo" Böyük Britaniyada müsəlman qadınları üçün paltar satmağa başlayıb.
Dünyanın bir çox ölkəlkərində hicab geyimləri artıq brend olmağa başlayıb. Onlardan Malayziyanın məşhur “Naelofar Hijab” brendi göstərmək olur. Bu brend hicab istehsalı ilə məşğuldur. Hansı ki, kompaniya artıq dünya bazarına çıxır. 
"Naelofar Hijab" brendi ilə satışa çıxarılan hicab geyimləri 2015-ci ildə 11.8 mln dollara çatıb. Hansı ki orada ən bahalı hicab geyimi 24 dollardır. "Naelofar Hijab"-ın ABŞ, İngiltərə, Niderland, Sinqapur, Avstraliyada distribütorları var və dünya brendi halına gəlməkdədir.
Ümumiyyətlə isə bu sektor dünyada 230 mlrd dollar dəyərində qiymətləndirilir. Mütəxəssislər düşünür ki, 2020-ci ilə kimi bu sektor 330 mlrd dollarlıq həcmə çata biləcək. /islamnews/
  • Yazılıb
  • da (də) 2016 Sep 19
  • Göndərən مدير سايت Aran News