sionist rejim, Hizbullahın raket sayını 230 minə catdırdığını, iki tərəf arasında müharibə olarsa, Hizbullahın işğal bölgələrinə gündəlik 1500 raket ata biləcək durumda olduğunu açıqlayıb.
“AranNews”-un verdiyi məlumata görə, İsrailin "Kanal 2" telekanalında İsrailin arxa cəbhə təlimləri ilə bağlı veriliş yayımlanıb.
Verilişdə ordudan verilən rəsmi məlumatlara istinadən qeyd edilib ki, Hizbullah raketlərini İsrailə doğru isdiqamətləndirib və onun raketlərinin ümumi sayı 230 minə catır. Daha sonra vurğulanıb ki, iki tərəf arasında ehtimal olunan müharibə başlayarsa, Hizbullahın işğal olunan torpaqlara gün ərzində 1500 raket ata biləcəyi acıqlanıb.
Kanal bu acıqlamalarına baxmayaraq iddia edib ki, bu raketlərin yüzdə biri hədəfini vura bilməyəcək. Bugünkü Maariv qəzetinə mövzu ilə bağlı açıqlama verən sionist işğal ordusunun şimal qüvvələrinin komandanı Airan Marcov kanalın son iddiasını təkzib edib. /Təsnim/