Tarix : 2016 Sep 19
Kod 50281

İranlı paraolimpiyaçı velosiped yarışlarında həyatını itirdi

Rio 2016 Paralimpiya Oyunlarında iranlı velosipedçi Sarafraz Bahman Golbarnezhad kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb.
AranNews”-un verdiyi məlumata görə, O bir neçə xəsarət alıb. o, cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Komitə bildirir ki, Golbarnezhad əsil paraolimpiyaçı idi, o, enerji və sevgi ilə öz ölkəsini təmsil etməyə çalışırdı.
İran prezidenti Rohani onun ölümü ilə bağlı Twitterdə yazıb ki, Golbarnezhadın adı İranın paraolimpiya tarixində qalacaq.
2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında da iştirak etmişdi. Ancaq medal almamışdı.
Bahman Golbarnezhad Rio-da (arxada) Golbarnezhad Şirazda anadan olub.
1960-cı ildə Romada keçirilmiş Olimpiya Oyunlarında da danimarkalı velosipedçi Knud Enemark Jensen ölmüşdü. /aztabriz.irib.ir/

  • Yazılıb
  • da (də) 2016 Sep 19
  • Göndərən مدير سايت Aran News