Tarix : 2016 Sep 22
Kod 50282

Ayətullah Şəbüstəri: Azərbaycanda şəxsi maraqları təmin etmək üçün referendumun keçirilməsi məhkum olunur

Təbrizin imam cüməsi deyib: Azərbaycan Respublikasının şərəfli xalqı ayıq olmalıdır və nəyə səs verdiklərinə diqqət etməlidirlər.
"AranNews"- Ayətullah Möhsin Müctəhid Şəbüstəri Təbrizin cümə namazı xütbələrində Qədir-Xum bayramının gəlib çatmasına və İslam tarixində onun əhəmiyyətinə işarə edərək deyib: İslam tarixində vilayət və hökumət önəmli və taleyi həll edən bir məsələdir. Bu mövzu göstərir ki, İslam hökuməti məxsus bir zamana aid olmur. 
İmam cümə artırıb: “Peyğəmbəri-əkrəmin (ə) qurduğu hökumət qiyamət gününə qədər davam etməlidir. Çünki İslam cavidan bir dindir və Peyğəmbərdən (s) sonra bir rəhbər hökumət başına gəlməlidir”.
Qədir-Xum bayramının 1400 il bundan əvvələ aid olan göl olmadığını vurğulayan Ayətullah Şəbüstəri deyib: “Qədir-Xum əzəmətli okeandır. O elə bir dalğadır ki, onun təsirindən bütün nəsillər hökumətin fəsləfəsini bilməli və İslam ümməti üçün kimin layiqli canişin və rəhbər olmasını ayırd etməlidirlər”.
“İslam dini rəhbərlik və hökuməti Peyğəmbərə (s) məxsus bilirlər və ondan sonra isə hidayət edən imamlar rəhbər olmalıdır. İmamın (ə) qeybdə olduğu zamanda isə ədalətli fəqihin öhdəsində olmalıdır”-deyə, imam cümə qeyd edib.
O, Peyğəmbərin (s) zamanında kafir və müşriklərin, İmam Əlinin (ə) və digər imamların (ə) dövründə əməvilərin və abbasilərin İslam hökumətini qəbul etmək istəməmələrinə toxunaraq deyib: “Böyük qeybət dövründə də Qədir-Xumun mesajı həmin vilayəti-fəqih mesajıdır. Allahın mərhəməti ilə İmam Xomeyni (rh) bu hökuməti vilayət rəhbərliyi əsasında qurdu və buna görə ona minnətdar olmalıyıq”.
  • Yazılıb
  • da (də) 2016 Sep 22
  • Göndərən مدير سايت Aran News