Yeni müstəqillik qazanmış ölkələrdə tarix yazmağın təzə siyasi quruluş çərçivəsində yaşamağı təcrübə etməyə başlamış insanlara milli kimlik formalaşdırmaq üçün əvəzsiz payı vardır.
Götürülmə tarixi: 31/12/2015
Qəbul edilmə tarixi: 4/5/2016
Əli Əlibabayi Dermani
Abstrakt
Yeni müstəqillik qazanmış ölkələrdə tarix yazmağın təzə siyasi quruluş çərçivəsində yaşamağı təcrübə etməyə başlamış insanlara milli kimlik formalaşdırmaq üçün əvəzsiz payı vardır.
Bu məqalədə qədim mənbələrdən və yeni tədqiqatlardan istifadə etməklə İranın ətrafında yeni müstəqillik əldə etmiş ölkələrdən birinin, yəni Azərbaycan Respublikasının tarix yazması araşdırılmışdır. Tədqiqin nəticəsi göstərir ki, qonşu ölkələrlə müqayisədə tarixi keçmişi olmaması və hökumətinin təzə vaxtlarda təsis olunması Azərbaycan Respublikasının tarixçilərini tarixi təhrif etməyə, yaxud həqiqətdə “tarix düzəltməyə” vadar etmiş, öz xalqının milli kimliyini qısa müddətli siyasi məqsədlər əsasında tərif etmişlər. Bu siyasi məqsədlərdən bir hissəsi səbəb olmuşdur ki, Azərbaycan Respublikasının milli kimliyi İran mədəniyyəti və sivilizasiyası qarşısında formalaşsın. Ona görə də İranın mədəniyyət elitası onların bu tarix düzəltmə prosesi ilə tanış olmaqla yanaşı Azərbaycan Respublikasının mədəniyyət elitası ilə mədəniyyət siyasəti yaratmalı və onlarla müzakirələr aparmaqla iki ölkə arasında siyasi-mədəni gərginliyin qarşısını almalıdırlar.
Açar sözlər: İran İslam Respublikası, Azərbaycan Respublikası, tarix yazma, milli kimlik, tarix düzəltmə
1. Giriş
Azərbaycan Respublikası istər SSRİ-nin tərkibində “Azərbaycan Sovet Sosialist Respublikası” adlandığı vaxt, istərsə də 1992-ci ildə müstəqillikdən sonra “Azərbaycan Respublikası” adlandığı vaxt öz ərazisinin xalqının iranlı kimliyini danmaqla bu xalq üçün saxta kimlik yaratmaq və tarix düzəltmək yolunu tutdu. Ümumi olaraq İran mədəniyyətinin ətrafında olan ölkələrin xalqlarının tarix və kimliyi bütün iranlı tayfaların orada payı olduğu birgə tarix təcrübəsi çərçivəsində formalaşmışdır. Bu tarixi təcrübələr siyasi hökumətin, yəni İran hökumətinin yaranması sahəsində hamıya bərabər səmərə yetişməsinə səbəb olmuşdur. Ona görə də yeni siyasi sərhədlərin yaranmasından sonra bu ölkələrdə kimlik yaradanların İran mədəniyyəti ilə formalaşmış kimlik qarşısında yeni kimlik yaratmağa ehtiyacları vardır. Çünki bundan qeyri surətdə özlərini İran xalqının bir hissəsi bilməyə və yeni qurulmuş ölkəni unutmağa məcburdurlar. Ona görə də İran mədəniyyətindən fərqli və ona qarşı olan bir kimlik yaratmaq ardıncadırlar (Əli Babayi, 1392:921). Bu arada ötəri siyasətin tələb və məqsədinə uyğun olaraq kimlik yaratmaq Azərbaycan Respublikasında çox mühüm rol oynayır.
Sözsüz, müvəqqəti siyasətin tələbinə uyğun olaraq qondarılmış milli kimlik və tarix ötəri siyasi hadisələr küləyinin əsməsi ilə arabir dəyişiləcək (2). Bunu “dəyişkən milli kimlik, ya tarix”, yaxud da “sifarişli milli kimlik” adlandırmaq olar. Qeyd edək ki, Azərbaycan Respublikasının tarix düzəldənləri SSRİ-nin tarixdüzəltmə aparatının bir hissəsi oludqları üçün bu sifarişli milli tarix və kimlik yaradılması ilə tanışdırlar. Ona görə də müstəqillkdən sonra çox asanlıqla bu siyasətin öhdəsindən gəldilər və onu çox yaxşı icra etdilər.
Əsas sual:
Azərbaycan Respublikasının tarixçiləri bu ölkənin müstəqilliyindən öncə və sonra Azərbaycan Respublikası xalqının milli kimlliyini necə tərif edirdilər?
Əsas fərziyyə:
Belə nəzərə gəlir ki, Azərbaycan Respublikasının tarixçiləri bu ölkənin 98 illik (1918-2016) tarixi boyunca xalqın milli kimliyini dəyişkən bir kimlik və tarix olaraq nəzərdə tutublar. Yəni hər bir zamanda və müxtəlif siyasi məqsədlərə görə milli kimliyi dəyişdiriblər.
Hazırkı tədqiqdə təsviri-təhlili araşdırma metodundan, qədim kitablara yer vermiş kitabxana qaynaqlarından və araşdırmalardan istifadə olunmuşdur.
2. Sovetlər Birliyində tarix düzəltmə
A) Sovetlər Birliyində tarix yazma dönüşləri
Helene Karrer d-Encauss SSRİ-nin yarandığı zamandan Xruşovun dövrünə kimi tarix və kimliyin 5 dönüşündən söz açır. Bu dönüşlər əsasən, rus çarlığının təcavüz siyasətlərinin nəzərə alınması yönümündə SSRİ-nin mövqei ilə əlaqəli olub. Birinci mərhələ 1920-ci illərdə Leninin tədbirləri əsasında olmuşdur. Əlbəttə, bu Stalinin o qədər də xoşuna gəlməmişdi. Bu mərhələdə milli və etnik siyasətlərin tərvici və genişlənməsi çox yayılmışdı və cəhd olunurdu ki, yerli dillər bütün millətlər və etnik qruplar arasında bərabər olaraq inkişaf etsin. Həmin mərhələdə Azərbaycan Respublikasında pantürkizm səpkində tarixyazma rəvac tapmışdı. Bu zaman SSRİ-nin tərkibində olan xalqların qiyamları Rusiya çarlığına qarşı idi və azadlıq bəxş edən qiyamlar sayılırdı. Amma Stalin belə inanırdı ki, milli mədəniyyət ana dili çərçivəsində olan milli kimliyin milli aspektləri olmalıdır. Amma məzmun və çərçivə baxımından sosialistsayağı olmalıdır. Stalin dövründə 1930-cu illərdə Azərbaycan Respublikasının tarixçiləri marksizm tarixyazmağı modelinin ardınca gedərək hər bir pantürkizmdən uzaq gəzirdilər.
O dövrdə həmçinin Stalin göstəriş verdi ki, tarix yazanlar Rusiya çarlığının, rus şahzadələrinin və ortodoks kilsələrinin tarixi və müsbət rolunu tərifləsinlər və bu Rusiya ərazilərini bir-birinə birləşdirməklə yanaşı olsun. Ona görə də Sovetlər Birliyindən qabaq rus çarlığı əleyhinə olan xalq qiyamları azadlıq qiyamları sayılmırdı.
SSRİ-də üçüncü tarix yazma dövrü faşist Almaniyasının SSRİ-nin ərazilərində sürətlə irəliləməsi ilə əlaqəlidir. Həmin dövrdə başa düşdülər ki, kommunizm şüar və dəyərləri xalqı bir araya gətirmək üçün kifayət deyil və xalqı təhrik etmək üçün öz ata-baba torpaqlarını müdafiə etmiş, vətənpərəst kimi tanınmış qəhrəmanların adından istifadə etmək, Lenin və Marksın adından istifadə etməkdən daha təsirlidir. Ona görə də Stalin almanlarla mübarizə aparmaq məqsədilə qısa bir müddət üçün SSRİ-də yaşayan xalqların hislərinə meydan verdi (Karrer d-Encauss, 1365: 32-46).
Şnirelman da bu məsələni təsdiq edir: “Müharibədən qabaq Babək feodallara qarşı mübarizə aparan kəndli çərçivəsində göstərilirdisə, müharibə başladıqdan sonra ərəb istilaçılarına qarşı azadlıq hərəkatının simvoluna çevrildi” (Şnirelman, 2001:106).
Sovetlər Birliyində kimlik və tarix yaratmanın dördüncü dönüşü onların İkinci Dünya Müharibəsində qələbəsi ilə əlaqəli idi. Müharibə illərində SSRİ xalqlar və etnik tayfalar arasında milli hislərin coşmasının şahidi oldu. Amma müharibə bitdikdən sonra Stalin bu xalqlara sərt cavab verdi və milli hərəkatlarla mübarizə etmək üçün SSRİ camiəsini ruslaşdırmağa başladı. Bu zaman ruslar SSRİ-də “seçilmiş xalq”a çevrildilər: “Ruslar inqilabın əvvəlində digər millətləri zəncirə çəkən amil, mütləq şər, sonra isə nisbi şər oldular. Bundan sonra ən az zərər, nəhayət “mütləq xeyr”ə döndülər” (Karrer d-Encauss, 1365: 53-57).
Stalinin ölümündən sonra SSRİ-də siyasi durum yenə qarışdı və tarixçilərə tapşırıldı ki, tarixi bir daha 1920-ci illərdəki səpklə yazsınlar. Amma həmin coşqunluqla olmasın və Stalinin dövründəki cinayətlərdən sükutla keçsinlər (Həmin, 57).
B) Türk əcdadları əsasında tarix yazma
Azərbaycan Respublikası da SSRİ-nin yeni bir respublikası olaraq bu birliyin digər ölkələri kimi az-çox kimlik və tarixdüzəltmə mövcud idi və bu proses SSRİ-nin parçalanmasından sonra da davam etdi. Həmin əsasla Azərbaycan Respublikasında bu tarix düzəltmə komponentlərini belə qruplaşdıra bilərik:
A) SSRİ-nin Kommunist Partiyasının rəhbərlərinin baxışında münasib tarix düzəltmə komponentlər. Bu özü də iki komponentə bölünürdü:
- Azərbaycan Respublikasının müstəqilliyindən sonra da işlədilən komponentlər.
- Müstəqillikdən sonra istifadə edilməyən komponentlər.
B) Azərbaycan Respublikasının pantürkçü tarix düzəldənlərinin xüsusi komponentləri. Müstəqillikdən sonra da bu komponentlərdən istifadə edilirdi.
Qeyd edildiyi kimi 1920-ci ilərdə Leninin nisbi azadlıq dövrü hərəkətdə idi və Azərbaycan Respublikasında da onun tarixçiləri hakimiyyətdə olan Kommunist Partiyasından çəkinmədən pantürkizm əsasında tarix düzəldirdilər. Rəşid bəy İsmayılovun qələmi ilə yazılmış ilk Azərbaycan tarixi kitabı 1923-cü ildə çapdan çıxdı. Bu kitabın tarixi dövrələrin sinfi mübarizəsindən söz açan Marks nəzəriyyəsi ilə heç bir əlaqəsi yox idi və pantürkizm üslublu ilə tarixyazmadan təsirlənmişdi. Həmin günlərdə tarixi seçmələr arasında Azərbaycan Respublikasının SSRİ-də tarixinə aid kitab və “Bizim ittifaqımız” (3) kitabı külliyyat şəklində çapdan çıxdı. Bu kitablarda Azərbaycanın yerli əhalisi türklər tərəfindən öldürülən, yaxud assimilyasiya edilən zəif və bədbəxt xalq kimi təqdim edilirdi (Şnirelman, 2001:97).
Azərbaycan Respublikasında öz əcdadlarının türklər olduğunu deyən və orta əsrlərdə Azərbaycanın yerli sakinlərinin varisi kimi tanıdan belə tarixyazmaların Kommunist Partiyasının siyasətçiləri nəzəridən iki əsas iradı var idi:
1. Qafqazlı soyu olmayan belə bir soyları qafqazlı kimi tarixləşdirmək Azərbaycan Respublikasının əhalisinin mədəni və tarixi əlaqlərini ermənilər və gürcülərlə tamamilə kəsirdi (4) və kommunistlərin Qafqazda yaratmaq istədiyi utopia qardaşlığını parçalayırdı. Bunun izahında demək olar ki, 1918-ci il 18 mayda rus çarlığı hökumətinin devrilməsindən sonra Azərbaycan Respublikası Musavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Demokratik Respublikası adı altında öz müstəqilliyini elan etdi. 30 min erməninin soyqırımına səbəb olan Şuşa qətliamı da həmin dövrün mühüm hadisələrindəndir. Şuşa qətliamı 1920-ci ildə Azərbaycan Respublikası əsgərlərinin Şuşa şəhərində yaşayan erməniləri qətliam etməsi hadisəsidir. Azərbaycan Respublikası qüvvələrinin bu şəhərdə qətlə yetirdikləri ermənilərin sayının 30000 olması təxmin edilir. Xosrov bəy Sultanovun göstərişi ilə bu qətliam 6 gün davam etdi, ermənilər yaşayan evlər qarət və viran olundu (Verluise, 1988: 6). Ruslar bu hadisənin təkrar olunmasını istəmirdi və Qafqaz xalqları üçün eyni əcdad təfəkkürü ilə azərbaycanlalar və ermənilər arasındakı nifrəti azaltmağa çalışırdılar. Həmçinin bununla da ermənilər və gürcülər Azərbayacan Respublikasının sakinlərini orta əsrlərdə Arana gəlmiş və yerli əhalinin ərazilərini əllərindən almış, məntəqə əhalisinin mədəniyyətinə heç nə artıra bilməmiş köçəri türklər hesab edə bilməyəcəkdilər.
2. Digər tərəfdən də Azərbaycan Respublikasının sakinlərini orta əsrlərdə Azərbaycana gəlmiş səlcuqlar kimi türklərə nisbət vermək, Azərbaycan Respublikası və Türkiyə arasında mədəni və tarixi bağlılıq yaranmasına səbəb olurdu. Çünki hər iki ölkənin xalqı eyni soydan faydalanırdı. İosif Stalin SSRİ Kommunist Partiyasında gücünü artırdıqdan sonra Leninin bir sıra siyasətlərindən döndü. 1937-1938-ci illərdə SSRİ-də bu birliyin tərkibində olan türklərə qarşı bir sıra hərəkətlər baş verdi. Türkdillilərdən bəziləri Türkiyə ilə əməkdaşlıqda ittiham olundular. Azərbaycan SSR Kommunist Partiyası MK-nın baş katibi Mircəfər Bağırov 1937-ci ildə Türkiyə əleyhinə çıxış etdi və bu ölkəni SSRİ türklərini təhrik etməkdə ittiham etdi (Yilmaz, 2013: 516)
C) Tərkibli əcdad təməli əsasında tarix düzəltmə
Nəticədə bu zaman qərara alındı ki, Sovetlər Birliyində sifarişli tarixdüzəltmə siyasəti təkcə Azərbaycan Respublikasında deyil, bütün SSRİ-də icra olunsun. Qeyd olunan məqsədin həyata keçirilməsi üçün Marks ideologiyasının təsiri altında olan kimliyi iqtisadi, ictimai və yaranmış şəraitə tabe bir məsələ hesab edən Nikolay Marr (5) nəzəriyyəsi daha faydalı idi. SSRİ-nin bu akademiki kimliyin formalaşması üçün dil və irqi təmizliyə o qədər də dəyər vermirdi. Belə inanırdı ki, bütün soylar tarix boyu digər soylala bir-birinin ardınca bir-birlərinə qarışmışdır. Digər tərəfdən Qafqaz xalqlarının hamısının bir-birləri ilə qohum olmasını və ortaq soya malik olmasını düşünürdü (Yilmaz, 2013: 521, 531. Şnirelman, 2001: 99).
Hər halda M. Bağırov Azərbaycan Respublikası tarixçilərinə göstəriş verdi ki, bu ölkənin sakinlərini Azərbaycanın yerli sakinləri kimi tanıtsınlar və türk soylu olmaq barədə bütün şübhələri aradan qaldırsınlar. Azərbaycan Respublikasının ilk düzəliş edilmiş tarixi 1939-cu ilin baharında hazırlandı. Onun əsas məqsədi Azərbaycan SSR-nin sakinlərinin tarix boyu soyunu birləşdirmək, habelə onların ermənilər və gürcülərlə əlaqəli olduğunu çatdırmaq idi (Şnirelman, 2001: 104). Bu kitabda Azərbaycan Respublikasının tarix düzəldənləri hərəkətə keçdilər, Azərbaycan sakinləri üçün qafqazlı və qeyri-qafqazlı soylar seçdilər; Araz çayının şimalında aranlılar, kaspilər, Arazın cənubunda isə madaylar, mannalar, kutilər və lulubilər (İbid: 105).
Azərbaycanlı, erməni və gürcülər arasında dostcasına münasibətlərini möhkəmləndirmək üçün, başqa sözlə, daha yaxşı utopia qardaşlığı təşkil etmək üçün Azərbaycan Respublikasının tarix düzəldənləri iranlıların, ermənilərin və gürcülərin arasında əməkdaşlığın nəzərə çarpdığı tarixi hadisələrə əsaslanmaq istəyirdilər. Nümunə olaraq rumluların Qafqaza hücumuna işarə edə bilərik: “Milladdan qabaqkı birinci əsrdə Rum quldar İmperiyası Qafqazı işğal etməyə cəhd edirdi. Rumlular dəfələrlə Ermənistana hücum çəkdilər. İberiya (Gürcüstan), Aran və Atropatena da təhlükəyə düşdülər. Aran və Atropatena qoşunları Ermənistan müdafiəçilərinin sağ qanadını təşkil edirdilər (6)” (Quliyev, 1357: 20).
Babək Xürrəminin Abbasi xəlifələrinə qarşı qiyamı hadisəsində də Azərbaycan Respublikası tarixdüzəldənləri erməni və gürcülərin Babəklə əməkdaşlığından söz açırlar: “Babək qiyamçılara sərkərdəlik etməklə böyük və bacarıqlı bir rəhbər olmasını sübut etdi. Xürrəmilər hərəkatı onun rəhbərliyi altında külək istiqamətində gedən od kimi bütün Azərbaycanı bürümüşdü. Gürcüstan və Ermənistanda da xalq qiyam etdilər” (Həmin: 49).
Tərkibli və qədim qafqazlı soy seçmə siyasəti SSRİ-nin mədəniyyət siyasətçiləri üçün iki əsas faydanı təmin edirdi. Birincisi, Azərbaycan Respublikası sakinləri üçün qafqazlı soy seçməklə onları Qafqazın digər xalqları ilə yaxınlaşdırmağı asanlaşırdı və onların arasında mümkün gərginliklərin qarşısını alınırdı. Həmçinin, Türkiyə türkləri ilə bir soydan olmaq şübhələri aradan qalxırdı. Bu da Stalin və Bağırovun siyasəti istiqamətində idi.
Digər tərəfdən Arazın hər iki tərəfində eyni soyların yaşaması nəzəriyyəsi təqdim etmək Arazın şimalında qurulmuş hökumət üçün yaxşı bəhanə ola bilərdi. Amma qondarma Azərbayaacan adını Arazın cənub ərazisi dartırdı. Həmçinin, bu siyasəti seçməklə Azərbaycan Respublikasının qədim sakinləri bu ölkənin sakinləri sayılacaqdı, erməni və gürcülər artıq onları təzə gəlmiş mədəniyyətsiz köçərilər, yaxud Qafqazın çağırılmamış qonaqları adlandıra bilməyəcəkdi. Bununla belə madayların əsas vətəni olmayan Arazın şimalı üçün iranlı soydan olan maday soyları tərif etmək SSRİ tarixçiləri üçün Azərbaycan Respublikasının “İran mədəniyyəti” dairəsində qərarlaşması təhlükəsini yaradırdı. Onlar bu problem üçün də həll yolu tapdılar, madayların hökumətinin sonlarında (miladdan qabaq 550-ci ildə) parslar və madaylar arasındakı müharibəni iki mühüm və müttəfiq iranlı soy (7) arasında əbədi düşmənçilik əlaməti kimi qələmə verdilər (Yilmaz, 2015: 773).
D) Mannanılar səmtinə dönüş
Amma Azərbaycan Respublikasında tarixdüzəltmə prosesi bununla sona yetmədi və qeyd etdiyimiz kimi bu ölkədə kimlikdüzəltmə vəziyyət və siyasətə uyğun olaraq dəyişmə modeli əsasında idi. Stalinin ölümü ilə onun Azərbaycan Respublikasında tarixdüzəltmə məsələsindəki dəstək baxışı da öldü. Bu ölkədə tarixçilər Stalin dövründə yazılmış tarixə yenidən düzəlişlər etməyə başladılar. 1954-cü ildə Azərbaycan Respublikasının tarix akademiyasında iclas keçidildi və bu iclasda M. Bağırovun göstərişi ilə təhrif olunmuş tarix məhkum olundu. Xüsusilə də Azərbaycan Respublikasının sakinləri ilə madayların eyni soydan olması məsələsinə yenidən baxıldı. Bu məsələ çox yerində idi. Çünki rus akademiki İqor Dyakonovun (8) araşdırmalarına görə Azərbaycan Respublikasının tarixçilərinin bu ölkə sakinləri ilə madayların eyni kökdən olması iddiaları doğru çıxmadı. (Şnirelman, 2001: 109)
Bu üzdən Azərbaycan Respublikasının dəyişkən milli kimlik və tarix siyasəti çərçivəsində tarix düzəldənlərinin cəhdləri səbəb oldu ki, onlar öz soylarını bir daha dəyişsinlər. Bu dəfə onlar Azərbaycan Respublikası sakinlərinin iranlı soydan olmaq nəzəriyyələrini inkar etdilər və madayların yerinə eramızdan öncə 8-7-ci əsrlərdə Urmiya gölü ətrafında hökumət qurmuş mannalıları öz əsil soyları kimi tanıtdılar (bu nöqtəyə diqqət etmək lazımdır ki, Böyük Maday deyil, Atropatena Maday sakinləri (Kiçik Maday) onların tərkibli soylarının bir hissəsini təşkil edir. Bu günə qədər də onların iddiasının bir hissəsi budur və qondarma Azərbaycan adının tarixi Arana mənsub edilməsi lazım gəlir). Bu tarix düzəldənlər üçün mannalıların bir sıra üstünlükləri var idi. Birincisi, onların hökuməti madayların hökumətindən daha əvvəl yaranmışdı və onun daha qədim tarixi var idi. İkincisi onların dillərinin Qafqaz dilləri ilə əlaqəsi var idi. Bununla belə Şnirlemanın toxunduğu kimi Azərbaycan Respublikasının tarixçilərinin mannalıları öz soyları saydıqları Atropatena və Aranla necə ilgiləndirəcəkləri məlum deyildi. (İbid: 125)
H) Aranlı soylar
Azərbaycan Respublikasının təsis edildiyi zamandan bu ölkənin ən əsas problemlərindən biri Dağlıq Qarabağ məntəqəsinə görə ermənilərlə çəkişmələri idi. 1920-ci ildə Qarabağda Şuşa qətliamı bu enişli-yoxuşlu, müharibə və köçkünlüklə dolu tarixin bir səhifəsidir. Bu arada Azərbaycan Respublikasının tarix düzəldən orqanları meydana daxil oldu və Qarabağın qədim sakinlərinin də aranlı soydan olmasını sübut etməyə çalışaraq Qarabağı öz ixtiyarlarına almağa cəhd etdilər. (İbid: 145)
Bu zaman Azərbaycan Respublikasının tarix düzəldənləri soylarının bir olması üçün çəkini Arana verdilər və Qarabağın qədim sakinlərini aranlı adlandırdılar. Onların fikrincə yalnız xristianlığın yayılmasından sonra ermənilər bu ərazilərə köçüdülər və etnik tərkib məntəqədə dəyişdi: “Bu vilayət erməni hakimləri tərəfindən işğal edildikdən sonra ermənilərin buraya köçü artdı, Artsaxın (9) dağları onlar üçün yaxşı sığınacaq idi. Yavaş-yavaş erməni dili yerli aranlı dillərlə qarışdı və erməni dilinin Qarabağ dialektini yaratdı”. (Quliyev, 1357: 29)
Onların təhrifi dayanmadı və Aran ədəbiyyatının mövcudluğunu sübuta yetirmək üçün erməni dilində “Aran tarixi” kitabını yazmış erməni tarixçisi Mosis Dasxorantsi, ya Mosis Kalan Katvatsini aranlı kimi qələmə verdilər (Şnirelman, 2001: 143).
Bu arada Azərbaycan Respublikasında tarixdüzəltmənin qəhrəmanı sayılan Ziya Bünyadov özünü göstərdi, Mxitar Qoş (10), Vanakan (11), Kirakos Gandzaketsi (12) kimi Qarabağın erməni dilli alim və yazıçıları Azərbaycan Respublikasının böyük ədəbiyyatçıları kimi təqdim etdi və onların erməni dilində yazmalarına, özlərini erməni kimliyində tanıtmalarına heç bir işarə etmədi (İbid: 123).
Təhrif yenə bitmədi. Universitet üçün tarix kitabının farsca tərcüməsində Mosis Kalan Katvatsinin (13) adı dəyişildi və oxucunu onun aranlı olmasına inandırmaq üçün Türkize adlandırıldı və “oğlu” sonluğu da ona artırılaraq Musa Kalan Kayıtoğlu formasına salındı. (Quliyev, 1357: 42) Lakin bu qəhrəmanlığın tərcüməçi Hüseyn Məhəmmədzadə Sədiq, yaxud Quliyev tərəfindən olması məlum deyil.
V) Arazın hər iki tərəfinin bir olmasını sübut etməyə cəhd
Bir-birilə heç bir əlaqəsi olmayan tərkibli soy seçmək səbəb oldu ki, Azərbaycan Respublikasının tarix düzəldənləri tarixi dövrlərdə Arazın hər iki hissəsinin bir olmasını sübut etməyə cəhd etsinlər. Ümumi olaraq Azərbaycan Respublikasının Arazın hər iki tərəfinə şamil olması üçün Azərbaycan Respublikasının sakinlərinin soylarını Arazın şimalında aranlı və kaspi, Arazın cənubunda isə maday və mannalılar nəzərdə tutmuşdular. (Yilmaz, 2015: 773)
Qeyd edək ki, bu cəhdin heç bir mötəbər tarixi sənədi yoxdur. Misal üçün Arazın həm cənubunu, həm də şimalını əhatə etmiş Sasanilər hökumətini Arazın hər iki sahilinin xalqlarının bir olmasına sübut gətirmək olmaz. Bununla belə Azərbaycan Respublikasının tarix düzəldənləri Sasaniləri işğalçı adlandırmalarına baxmayaraq bu hökuməti Arazın iki tərəfinin sakinlərini bir-birinə yaxınlaşdırmaq üçün faydalı hesab edirlər: “Azərbaycan 3 əsrdən çox Sasanilər İmperiyasının bir hissəsi olmuşdur və bu uzun müddət Azərbaycanın hər iki tərəfini iqtisadi və mədəni cəhətdən bir-birinə yaxınlaşdırmışdır (14). Lakin hər halda yadların işğalı və düşmənlərin hücumu ağır yük idi” (Quliyev, 1357: 31).
Həmçinin, onların nəzərində ərəblərin Arazın hər iki tərəfini işğal etməsi zülmdür, amma Arazın hər iki tərəfini birləşdirdiyi üçün nisbətən üstünlükləri olmuşdur: “Ərəb xəlifələrinin dövründə Aran və Atropatena bir daha vahid bir dövlət formasına düşdü, ölkənin şimal və cənub əyalətlərinin iqtisadiyyat və mədəniyyəti inkişaf etdi və təkmilləşdi”. (Həmin: 47)
Quliyev, Səlcuqilərin İranın şimal-qərb ərazilərinə hücumu haqqında yazır: “11-ci əsrdə Səlcuqilərin hökuməti ilə eyni zamanda türk soylarının da hücumu artdı. O dövrün tarixçilərindən birinin dediklərinə görə, Səlcuqi dövləti tərəfindən Aran və Muğana göndərilmiş türklər çəyirtkə kimi çöllərə və dağlara dağılışdılar. Aran və Muğanın iqlim şəraiti çobanların yaşayışı üçün əlverişli idi. Geniş otlaqlar onların köçəri həyatını təmin edirdi. Cəbnubda da köçərilər Urmiya gölü ətrafında məskunlaşdılar. Belə bir şəraitdə türk dili Azərbaycanda əhəmiyyət daşımağa başladı və bu dil öncəki ləhcələri təhdid etdi. Cənub və şimal ərazilərinin əhalisi üçün vahid dil yarandı və bu da ural-altay ailəsindən olan azəri dili idi” (Quliyev, 1357: 65-66).
Azərbaycan tarixi kitabının ikinci çapının (1958-1962) redaktorlarından biri olan Hüseynov da Səlcuqilərin İranın şimal-qərb məntəqələrinə hücumunu Arazın şimal və cənubunda vahid dilin formalaşmasına səbəb olduğunu vurğulayır. (Şnirelman, 2001: 111)
Lakin Azərbaycan Respublikasının tarix düzəldənləri izah etmirlər ki, əgər 11-13-cü əsrlər arasında Azərbaycan və Aran sakinlərinin hamısı türkcə danışıblarsa, bəs necə olub ki, o diyarın şair və yazıçılarının hamısı öz əsərlərini fars və ərəbcə yazıblar? (İbid: 143)
Z) Türkçülərin gəlişi
Xruşşovun dövründə Sovetlər Birliyində siyasi atmosferin açıq olması ilə mədəniyyət atmosferi də bir az azadlaşdı və Stalin dövründə cinayət hesab edilən sözlər artıq şücaətlə açıq-aydın deyilməyə başladı. Yavaş-yavaş Azərbaycan Respublikasının qeyri-rəsmi tarixdüzəltmə atmosferində Qafqazda qədim türk soyları yaratmağa cəhdlər başladı. Bu prosesdə ən mühüm kimlik yaradanlardan biri də 1950-1960-cı illərdə Yampoliski (16) idi (İbid: 114).
Bu proses müxtəlif üslublarla bu günə kimi davam edir. Saxta olması, sabitsizliyi daha çox formalara düşmə qabiliyyəti bu kimlik düzəltməyə vermişdir. Bu ölkədə tarix yazmanın tamamilə dəyişkən və ürəkistəyən formada olması səbəb olmuşdur ki, Azərbaycan Respublikasının sakinləri üçün türk soy yaratmaq yönümündə müxtəlif və fərqli işlər aparılsın. Şnirelmanın işarə etdiyi kimi Qafqaz və İran Azərbaycanındakı yer və qəbilə adları Azərbaycan Respublikasının tarix düzəldənləri tərəfindən istənilən kimi izah olunur və akademik dilçilik ilə heç bir əlaqəsi yoxdur (İbid: 132). Bu tarixçilərin yerinə yetirməli olduğu vəzifə ondan ibarətdir ki, iddialarına uyğun olaraq öz soylarını orta əsrlər dövrünün türkləri deyil, qədim türk soyları arasından seçsinlər. Bununla da kommunist başçılarına xoş gəlməyən Azərbaycan Respublikası və Türkiyə sakinlərini eyni soydan olması şübhəsi aradan qalxsın və bu məsələ onları narahat etməsin.
Yerli soyun olması bir torpaq iddiasının əsasıdır. Qədim kökə söykənən bir dilin olması bütün mədəniyyətdə milli qürura səbəb olur. Türk dili və soyu Azərbaycan Respublikası üçün 11-ci əsrdən irəli keçmiş yarada bilmədiyi üçün və buna görə də Aran ərazisinin 11-ci əsrdən öncə Azərbaycan Respublikası sakinlərinə məxsus olmasına olan iddiaları sübut edə və bu ölkə sakinlərinin milli qürurunu oyada bilmədiyindən qədim türk soyu düzəltmək iki yolla mümkün idi: ya məntəqənin aranlı və kaspi kimi yerlilərini türk adlandırsınlar, ya da köçəri türklərin eramızdan qabaq Qafqaza gəlməsini sübuta yetirsinlər (Şnirelman, 1996: 25-26).
Bu proqram çərçivəsində eramızdan əvvəl birinci minillikdə köçəri türklərin Qafqazda tapılmadığı üçün onlar sakların türk tayfaları olmasını sübut etməli idilər. Pantürkçü tarixçilərdən olan Yusifov belə inanır ki, saklar türk və fars dillərində çox yaxşı danışırdılar (Şnirelman, 2001: 131-132).
Vəliyev və Əlibəyzadə kimi digər pantürkçü tarixçilər də 1980-cı illərdə Azərbaycanda 3 mərhələli qədim türk dilini belə qruplaşdırıblar: 1. şumerlər; 2. saklar; 3. digər türklər. (İbid: 133)
Bununla belə Azərbaycan Respublikasının rəsmi kitablarını, o cümlədən tarix dərslikləri yazanlar kommunistlərin hakimiyyətinin sonuna kimi ehtiyat edirdilər. Həmçinin bu hakimiyyətin sonuna qədər səlcuqları öz əcdadları kimi qəbul etmədilər, üstəlik onlara mənfi yanaşırdılar: “Səlcuqi dövlətinin işğalçılığı Azərbaycanın iqtisadiyyatına böyük zərbə vurdu. Çünki onlar qarşısına çıxan hər şeyi qarət və viran edirdilər. Özlərinin ardıcıl müharibələrində qənimət toplamaq ardınca idilər və Azərbaycana sərvət mənbəyi kimi baxırdılar. Ağır vergilər qoyurdular, xalqı soyub-talayırdılar... Demək olar ki, köçəri səlcuqlar işğal etdikləri ərazilərə heç bir mədəni həyat gətirmədilər. Əksinə Aran, Muğan və digər yerlərdə məskunlaşmış qəbilələrin mədəniyyətinin təsirinə düşdülər, onlarla qaynayıb-qarışdılar və mədəni həyatlarını başladılar” (Quliyev, 1357: 56-57).
Başqa yerdə Səlcuqilərin xalqın mədəniyyətinə təsirinin çox az olmasını yazırlar: “Əlbəttə, (Səlcuqilərin hücumundan sonra) dilin dəyişməsi yerli camaatın tarixinin məhv olması mənasına deyil. Yerli əhalinin tarixi və mədəni adət-ənənələri türk mədəniyyəti çərçivəsində qorundu və yeni azəri mədəniyyət meydana gəldi”. (Həmin: 66)
Azərbaycanın rəsmi tarix kitablarında səlcuq türkləri mənfi yanaşmanın hədəfində idi. Üstəlik, osmanlı türkləri də bu tarixçilərin qələminin sancmasından amanda deyildi. Təəccüblü budur ki, Sovetlər Birliyinin qardaşlıq utopiyası siyasəti çərçivəsində Azərbaycan Respublikasının sakinləri 18-ci əsrdə erməni qardaşları ilə birlikdə Osmanlı dövlətinin işğalçıları ilə döyüşürdü: “Aranın bütün təbəqədən olan xalqları türk işğalçılarını qovmaqda iştirak edirdi. 1601-ci ildə Qubada türklərə qarşı qiyam baş verdi. Təbriz, Ordubad və Şirvanda da qiyamçı dəstələr baş qaldırdı. Bakı əhalisi də qiyamçılara qoşuldu və türklərdən bir çoxunu öldürlülər, qalanını isə əsir götürdülər” (Həmin: 101).
Başqa bir yerdə yazılır: “Gəncə, Qarabağ, Qafan, İrəvan və Qafqazın digər məntəqələrinin əhalisi arasında türk işğalçılarına qarşı birlik yarandı və onlarla mübarizəyə qalxdılar. Qarabağda qiyamçıların başçısı ermənilərin qəhrəman oğlu David idi” (Həmin: 113).
Bu arada orta əsrlərdə iranlı sülalələri Qafqazda hökumət edirdi. Digər tərəfdən Azərbaycan Respublikasının tarixdüzəltmə aparatı tərəfindən yad kimi tanıdılırdı (Həmin: 110-116).
1. Azərbaycan Respublikasının müstəqilliyindən sonra tarixdüzəltmə
A) Giriş
1991-ci ildə SSRİ-nin parçalanmasından sonra neçə il öncədən türk soylar səmtinə dönüşünü başlamış Azərbaycan Respublikasının tarixdüzəldənləri artıq özlərinin səlcuq türkləri ilə və buna tabe olaraq Türkiyə ilə soydaş olmalarını gizlətməyə bir əsas görmədilər. Bunun ardınca mətbuatda, hətta rəsmi məqalə və dərslik kitablarında öz nəzərlərini aşkar olaraq bildirdilər. Bu mərhələdə onların “dəyişkən milli kimlik və tarix” çərçivəsində tarixdüzəltmələri belə idi: Onlar özlərinin qədim türklərlə soy qohumluğunu danmadan Azərbaycan Respublikasının sakinlərinin mədəniyyət və soy baxımdan formalaşmasında səlcuqilərin önəmli rolu olduğunu, Aranın qədim tüklərinin yanında olduqlarından söz açdılar. Onlar 70 il boyunca öz qələmlərini Kommunist partiya rəhbərlərinin və Azərbaycan SSR rəhbərliyinin razılığı yönümündə işlətmişdilər. Amma müstəqillikdən sonra özlərinin yasaq olunmuş fikirlərini azadcasına kağız üzərinə gətirdilər və bütün türklərin birliyindən söz açdılar. Müstəqillikdən öncə Azərbaycan Respublikası tarixdüzəldənləri o qədər qorxurdular ki, 1986-cı ildə SSRİ Elmlər Akademiyasının Departamentinin katibi Tixvinski onları pantürkçülükdə ittiham edəndə Ziya Bünyadov Kür çayının sağ tərəfində yaşayan Şirvan əhalisinin rusların bu məntəqəni işğal etməsinə qədər (19-cu əsrin aprel ayı) farsca danışmasını iddia etməli oldu (Şnirelman, 2001: 128).
Həmçinin, Azərbaycan Respublikasının tarix dərsliyi kitabında Mahmudlu kimi tarixçilər 1920-ci ildə Qafqaz münaqişələrində Osmanlı türklərinin müsbət rolunu belə dəyərləndirir: “Bu ağır günlərdə Osmanlı dövlət qüvvələri Azərbaycanın köməyinə gəldi. Daşnaklar da türkləri qətliam etmək niyyətində idi. Bununla belə Osmanlı hökuməti Azərbaycan xalqına öz kömək əllərini uzatdı. Qardaş, qardaşın harayına yetişdi. Osmanlı qüvvələri ilə birləşmiş azərbaycanlı könüllüləri erməni quldurlarından intiqam aldılar. Beləliklə, Azərbaycan xalqının məhv olmasının qarşısını alındı”. (Mahmudlu və başqaları, 2003: 204)
Əlbəttə, bu düzgün məlumat deyil və Azərbaycan Respublikası dövlətinin Qafqazda süqutu üçün Osmanlı ordusunun məntəqədəki komandiri Xəlil Paşa ilə bolşevik ruslar arasındakı razılaşmasına heç bir işarə olunmayıb (Əhmədi, 1390: 182).
B) Köçəri türklərə doğru dönüş
Azərbaycan Respublikasının müstəqilliyindən sonra orta əsrlərdə Qafqaza gəlmiş və öz hakimiyyəti altında olan ərazilərə mədəniyyət gətirə bilməyən köçəri türklər artıq köçəri hesab olunmadı və Azərbaycanın yerli əhalisinə qaynayıb-qarışdılar: “Toğrul bəyin şahlığı altında olan səlcuqlar yerli türk tayfaları ilə din və soy baxımından qohum idilər. Yerli türklər səlcuq türkləri ilə yaxın dilə malik idilər” (Əhmədi, 1382: 72).
Yaxud digər bir yerdə yazır: “Azərbaycan milləti, türk tayfalarının digər ərazilərdən gələrək bu geniş ərazilərdə məskunlaşmış və türkcə danışan digər tayfaların bir-birinə qarışması nəticəsində yaranmışdı (18)” (Həmin: 73).
Burada tarix düzəldənlər sovet hökumətinin dövründə öz yazdıqlarını müdafiə edirlər və Azərbaycan Respublikasını türklərin vətəni adlandırırlar. Amma bu dəfə səlcuq türklərinin Azərbaycan Respublikasının mürəkkəb soyuna hədsiz mədəniyyət bəxş etməsini önə çəkilər.
Müstəqillikdən sonra öz hakimiyyəti altında olan xalqlar üçün mədəniyyət gətirməyən köçəri türklər və monqollar artıq qarətçi deyildi. Üstəlik, Səlcuqilər hökuməti tanınmış şair, alim, memar və sənətkarı dəstəkləyirlər, gözəl məscidlər, tarixi binalar tikirlər, şəhərləri abadlaşdırırlar. Həmçinin, bu tarix kitabında qeyd edilir ki, Teymurləng xalqın ümumi xeyrinə olan çoxlu işlər etmişdir. O cümlədən Beyləqanın abadlaşması və Araz çayından kanal çəkiməsi (Həmin: 74).
Qafqazlıları qətliam edən xəzərlər də artıq qarətçi adlanmır. (Quliyev, 2357: 38-39) Üstəlik, onların ərəblərə qarşı 100 illik müqaviməti dəyərləndirilir. (Əhmədi, 1382: 74)
c) İslamofibiya (19)
Qeyd olunduğu kimi Sovetlər Birliyinin parçalanmasının mühüm təsirlərindən biri də Azərbaycan Respublikasının tarixdüzəltmə metodunda bu ölkə tarixçiləri çəkinmədən və diqqət etmədən dərslik kitablarında bu ölkə sakinlərinin Türkiyə türkləri ilə eyni soydan olmasından söz açdılar. Müstəqillikdən sonra Azərbaycan Respublikasının rəsmi tarix yazma üslubunda yeni mühüm bir dəyişiklik baş verdi. O da ölkənin tarix kitablarında islamofibiyanın tərvicidir. SSRİ-nin parçalanmasından sonra dini və milli mərasimlərin keçirilməsi yasağı aradan qalxdı, repressiya olunmuş dini hislər bir daha təzahür etdi. Bundan sonra Azərbaycan Respublikası xalqı və İran xalqları arasında ortaq bağlılıq olan bu mərasimlər, həmçinin digər tarixi və mədəni ortaqlıqlar Azərbaycan Respublikası xalqını İrana yaxışlaşdıra bilərdi. Yuxarıda işarə edildiyi kimi bu məsələ də Azərbaaycan Respublikasının siyasi rəhbərlərinin hökumət təşkil etməsi ilə ciddi şəklidə zidd idi (Əli Babayi, 1392: 921).
Beləliklə, onlar iranlılarla mədəni bağlılıqları inkar etdilər, üstəlik, azərbaycançılıq siyasəti seçməklə və İran Azərbaycanının ilhaqı kimi İrana qarşı ərazi iddiaları irəli sürməklə düşmənçilik təbili çaldılar: “Azərbaycançılıq əsasına... türk dilinə vəhdət amili kimi təkid edirdilər və etnik siyasətlərin bərpa edilməsi üçün gərək fars dili, şiəlik, mədəniyyət və ənənə ortaqlıqları kimi neçə qatlı iranlı milliyyətin təfəkkürü ilə mabarizə edilsin” (Əhmədi, 1390: 159).
Nəticədə Azərbaycan Respublikasının siyasətçiləri iranlılarla tarixi bağlılıqları inkar etməklə və onlarla tarixi düşmən olmağı təbliğ etməklə öz hücumlarını Azərbaycan Respublikası və İran xalqları arasındakı ən mühüm ortaqlıqlara, yəni eyni islami əlaqələr, şiə məzhəbinə etiqadı hədəfə aldılar. Azərbaycan Respublisının dərslik kitabları başdan-başa İslam və şiə məzhəbinə qarşı mənfi nöqtələrlə doludur. Bir yerdə Məhəmmədli İslam dinini şiə və türklər arasında nifaq amili adlandırır: “İslam bizim müqəddəs dinimizdə nifaq yaratdı. Qaniçən yağılar bir-birlərini şiə və sünni adlandırdı. Məzhəb davası qalxdı. Bir ata və anadan olan övladlar qan qardaşları olaraq müharibə etdilər. Şah İsmayıl Sultan Səlimlə, Teymur Bəyazidlə və s.”. (Mahmudlu və başqaları, 2003: 116)
2. Nəticə
Azərbaycan Respublikasının başçıları kommunistlərin dövründən və müstəqillikdən sonra İrandan tamamilə siyasi ayrılmaq məqsədilə bu ərazi üçün qeyri-iranlı kimlik tərif etmək ardınca idilər. Halbuki, bu ərazi tarix boyu İran torpağı olmuşdur və Mehranilər kimi iranlı soylardan olan sülalələr orada hakim olmuşlar. Azərbaycan Respublikası sakinlərinin həqiqi kimliyini inkar etmək bu ölkədə milli kimlik və tarix fondlarının sabitsizliyinə və qeyri-qətiliyinə səbəb oldu. Bu proses saxta kimliyə bir çox formalara dəyişmə qabiliyyəti verdi. Beləliklə, Azərbaycan Respublikasında milli kimlik və tarix tamamilə dəyişkən və müəyyən münasibətlə uyğunlaşır. Bu məsələ səbəb olmuşdur ki, Azərbaycan Respublikasında tarix düzəldənlər zaman və müxtəlif siyasətə uyğun olaraq bu ərazinin sakinlərinin kimlik və tarixini dəyişsinlər. Bu arada maday, manna, aranlı, kaspi və türk tayfalarından hər biri Azərbaycan Respublikasının 100 illik tarixində daha çox paya malik olmuşdur. Beləliklə, bu ölkədə tarix yazılması bu tayfaların hansının Azərbaycan Respublikası sakinlərinin əcdadı olması əsasında qurulmuşdur. Həmçinin, kommunist hakimiyyətinin mədəniyyət siyasətçilərinin təzyiqləri və digər siyasi qərəzlər üzündən milli kimlik və tarix müxtəliflik və dəyişkənliklə üzləşmişdir. Bu siyasi qərəzlərdən bir hissəsi Azərbaycan Respublikasında milli kimliyin İran mədəniyyəti qarşısında dayanması əsasında formalaşmasına yönəlmişdir. Ona görə də İranın mədəniyyət elitası münasib mədəniyyət siyasəti və Azərbaycan Respublikasının mədəniyyət elitası ilə müzakirə yolu seçməklə iki ölkə arasında mədəni-siyasi gərginlliyin qarşısını almalıdırlar.
3. Qeydlər:
1. Məqalədə “Azərbaycan Respublikası” deyildikdə, həm Sovetlər Birliyinin tərkibində olmuş Azərbaycan SSR, həm də müstəqillikdən sonrakı Azərbaycan Respublikası nəzərdə tutulur. 1920-ci ildə bolşeviklərin qələbəsindən sonra Azərbaycan Respublikası 1991-ci ilədək 71 il müddətində Azərbaycan Sovet Sosialist Respublikası adı ilə Sovetlər Birliyinin bir ölkəsi sayılırdı. Əlbəttə bu ölkə, Ermənistan və Gürcüstan kimi 1922-ci ildən 1936-cı ilədək Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının bir hissəsi olmuşdur. Sovetlər Birliyinin parçalanmasından sonra 1991-ci il 30 avqustda müstəqillk elan etmişdir və Azərbaycan Respublikası adlanır.
2. Bu istiqamətdə bir müddət öncə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2016-cı ili “multikulturalizm ili” elan etdi. Dəyişkən milli kimlik və tarix siyasəti çərçivəsində gələn ili “dini və etnik azlıqlara hücum ili” elan etməsi də mümkündür.
3. Our Onion.
4. Bu tədqiqdə Arazın cənub hissəsində İran sakinlərini adlandırmaq üçün səhv və qondarma “azərilər” və “azərbaycanlılar” ifadəsindən istifadə edilməmişdir. Hal-hazırda Azərbaycan Respublikası adlandırılan ərazini keçmişdə iranlılar və ərəblər “Əran” (Aran), gürcülər “Ran”, ermənilər “Ağvan” (Āghvān), yunanlar “Albaniya” (Ālbāniā) adlanmışdır. Bu ərazini indi də Aran adlandırmaq olar.
5. Nikolai Marr.
6. Bu iddia Azərbaycan Respublikasının tarix düzəldənlərinin metodunun tarix təhrifinin və yalanlarının ən bariz nümunəsidir. Plutarxın işarə etdiyi kimi Lusi Lisini Lukullun Ermənistanın paytaxtı Tigranakertə hücumunda madaylar Ermənistan şahı Tigranın qoşununun sol qanadını təşkil edirdi. Çox güman ki, Plutarxın məqsədi Atropatena sakinləri olmuşdur. Amma bu tarixçi onların aranlılarla əməkdaşlığı haqqında heç nə deməyib. Qoşunun sağ qanadında “Adiabene” (“İkiçayarasının (Mesopotamiya) şimalında məntəqə) qoşunları dayanırdı. Əlbəttə onları Atropatenanın maday sakinləri ilə səhv salmaq çox gülüncdür. Aydındır ki, Azərbaycan Respublikasının tarix düzəldənləri Arazın iki tərəfinin xəyali və uydyrma birliyini sübut etmək üçün bu iki tayfanı bir-birinin yanında göstəriblər: “Tigran sürətlə hərəkət etdi. Qoşunun sağ qanadını Adiabene şahına, sol qanadını isə Maday hakiminə tapşırdı. Çox qarışıq, müxtəlif və fərqli silahlarla silahlanmış bu əsgərlər, sınaqdan çıxmış və eyni silahlarla silahlanmış düşmənlə döyüşə girdilər” (Plutarx, 1336: c. 2: 665).
7. Maday-pars birliyini və yaxşı münasibətlərini araşdırmaq üçün bax: (Hinz, 1388: 283).
8. Dyakonov, Igor, Istoriya Midii ot drevneyshikh vremen do kontsa IV veka, Moscow, 1956.
9. Tərcüməçi Hüseyn Məhəmmədzadə Sədiq ermənilərin adqoymasından istifadə etmiş və Qarabağı “Artsax” adlandırmışdır.
10. Mkhitar Gosh.
11. Vanakan.
12. Kirakos Gandzaketsi.
13. Kalan Katu (Կաղան կատու) erməni dilində “ləng pişik” mənasınadır.
14. Bu haqda da Azərbaycan Respublikasının tarix düzəldənləri təhrif yolunu tutublar. Aran və Azərbaycanın hər ikisinin bir iranlı hökumətin siyasi ərazisində olması ilk dəfə Sasanilər dövründə deyil, Əhəmənilər (Haxamanişilər) dövründə olmuşdur. Herodotun yazdığına görə Aran Əhəmənilər İmperiyasının 11-ci, Maday (Böyük Maday və (Atropatena adlanan) Kiçik Maday) 10-cu inzibati ərazisi sayılırdı. (Herodot: 1389: c. 1: 400)
15. Quliyevin nəzərindən fərqli olaraq Məhəmməd Əmin Riyahinin izah etdiyi kimi azəri dili iranlı dillər qrupunun bir qoludur: “Kəsrəvi öz kitabının girişində yazır ki, tədqiqini o vaxt başlamışdır ki, bəziləri müəyyən siyasi məqsədlər üçün heç vaxt Azərbaycan adlanmamış və keçmiş əsrlərdə Aran, son vaxtlar isə Qafqaz adlanmış Arazın şimal hissəsinə Azərbaycan adını qoymuşdular və Azərbaycan türk dilini azəri dili adlandırmışdılar. Təəssüflər olsun ki, bu günləri təkcə o siyasətin ardıcılları deyil, özümüzkülər də qərəzsiz, lakin eyni halda məlumatsızlıq üzündən bəzən həmin ifadələri işlədirlər. O, tutarlı sənədlərlə və qədim mənbələrə istinad etməklə sübut etdi ki, “Azərbayqanın qədim dili” türk dili yox, tamamilə iranlı bir dil olmuşdur. Bugünkü türkcə üçün azəri ifadəsi qondarma və saxtadır və yalnız qədim iranlı dili üçün işlədilməlidir”. (Riyahi, Xoyi, 1381: 28)
16. Yampol'sky.
17. Tikhvinsky.
18. Riyahinin izah etdiyi kimi İran Azərbaycanının, xüsusilə də Təbriz əhalisinin dilinin türkcəyə çevrilməsi ən çox Osmanlı əsgərlərinin qətliamları ilə bağlıdır: “Mötəbər mənbələrə əsasən, demək olar ki, Təbrizdə 10-cu əsrin sonlarına kimi hələ də əski dil dəyişməmişdi. Təbrizdə dilin dəyişməsinin səbəbini Osmanlı dövlətiin Təbrizə hücumu, şəhəri viran qoyması, əhalini qətlliam etməsi və bu şəhərin h.q. 993-1012-ci illərdə 20 il işğalda qalmasında axtarmaq lazımdır”. (Riyahi, 1381: 34)
19. Azərbaycan Respublikasının müstəqilliyindən öncə islamofobiya siyasətləri SSRİ rəhbərləri tərəfindən izlənilirdi. Amma müstəqillikdən sonra Azərbaycan Respublikasında islamofobiya yeni aspektlər tapdı və iranofobiya layihəsinin bir hissəsi kimi gündəliyə salındı.
4. Qaynaqlar
a) Farsca qaynaqlar:
Əhmədi, Hüseyn (1382), “Azərbaycan Respublikasının universitet tarixi kitabının nəqdi”, “Tarix və coğrafiya ayı” kitabı, say 75 və 76, Tehran, Xaneyi-kitab, s. 71-74.
--- (1390), Azərbaycan Respublikasının dərslik kitablarının araşdırılması (tarix kitablarına diqqət etməklə), “Mutaliati milli” jurnalı, say 46, il 12, Tehran, Mutaliati milli müəssisəsi, səh. 157-184.
Plutarx, (1336), “Həyati mərdani nami”, çevirən: Riza Məşayexi, Tehran, c. 4, cap 1, Kitab tərcüməsi və nəşr evi.
Riyahi, Xoyi, Məhəmməd Əmin, (1381), “Mulahizati dər moredi zəbani kohəni Azərbaycan”, iqtisadi-siyasi məlumat, say 181-182, Tehran, İttilaat müəssisəsi, s. 26-35.
Quliyev, Əlövsət, (1357), “Əz peydayişi insan ta rəsayiyi fedoalism dər (cumhuriyi) Azərbaycan”, tərcümə və izah: Hüseyn Məhəmmədzadə Sədiq, Tehran, Gutenberg.
Əli, Babayi, Dermeni, Əli, (1392), İran mədəniyyəti ətrafındakı ölkələrdə İran mədəniyyəti ilə qarşılaşan kimlik yaratmanın araşdırılması, Əfqanıstanın tarix kitablarında kimlik yaratmanın araşdırılmasından bir nümunə “Çeşməndazhayi İrani fərhəngi”, Həbibullah İsmailinin qələmi ilə. Tehran, Kitab evi, səh. 914-923.
Mahmudlu və başqaları, (2003), “Ata yurdu”, (Azərbaycan Respublikasının 5-ci sinif üçün dərslik kitabı, Azərbaycan türkcəsi ilə), Bakı, Təhsil nazirliyi.
Karrer Dankus, Holen, (1364), “İmperatruyi qosəste”, çevirən: Qulaməli Səyyar, çap 1, Nəşri no.
Herodot, (1389), “Tarixi Herodot”, çevirən: Mürtəza Saqibfər, c. 2, çap 1, Tehran, Nəşri əsatir.
Hinz, Valter, (1388), “Daryuş və iraniyan”, çevirən: Pərviz Rəcəbi, çap 1, Tehran, Nəşri mahi.
b) Latınca mənbələr:
Dyakonov, Igor,(1956), Istoriya Midii ot drevneyshikh vremen do kontsa IV veka, Moscow.
Shnirelman, Victor,(2001), The Value of the Past: Myths, Identity and Politics in Transcaucasia, Senri Ethnological Studies No.57, Osaka, National Museum of Ethnology.
__ (1996), Who Gets the Past? Competition For Ancestors among non-Russian Intellectuals in Russia , Washington DC, John Hopkins University Press.
Verluise, Pierre, (1995), Armenia in Crisis: The 1988 Earthquake, Detroit, Wayne State University Press.
Yilmaz , Harun, (2013),The Soviet Union and the Construction of Azerbaijani National Identity in the 1930s, Iranian Studies, 46:4, London, Routledge, pp 511-533.
__ (2015), A Family Quarrel: Azerbaijani Historians against Soviet Iranologists, Iranian Studies, 48:5, London, Routledge, pp 769-783.