Malayziyanın İslam partiyasının ruhani lideri Harun Din 76 yaşında Stanford universiteti xəstəxanasında həyatını itirib.
"AranNews"-un verdiyi məlumata görə, O, ABŞ-ın Kaliforniya ştatında yerləşən müsəlman qəbiristanlığına dəfn edilib.
Malaziya İslam partiyası (PAS) 1951-ci ildə Malayziyanın İslami əsaslarla idarə olunmasını istəyənlər tərəfindən yaradılıb.
Sekulyar dövlətlər layihəsinə qarşı çıxan PAS, 1959-cu uildə ilk dəfə iştirak etdiyi Kelantan və Terengganu əyalətlərində seçkiləri qazanıb və şəriət qanunlarını tətbiq etməyə başlayıb. Partiya əvvəllər ölkə rəhbərliyində də koalisiya ortağı olub. /realnienovosti.com/