Suriya torpaqlarına asıılan ABŞ bayraqlarından biri hələ də yerində durur. Bir qədər əvvəl isə Rakkanın Təl-Əbyad və daha 2 yerdəki Amerika bayraqları etirazlar nəticəsində endirildi.
“Türkiyə mətbuatı”-nin verdiyi xəbərə görə, Digər tərəfdən ABŞ bayraqları asılarkən çəkilən foto şəkillər aşkara cıxıb.
Sosial şəbəkələrdə paylaşılan fotolarda ABŞ bayraqlarını PYD üzvləri tərəfindən deyil, Amerika xüsusi təyinatlıları tərəfindən asıldığı məlum olub.
Bu arada Suriya Türkmən və Ərəb Qəbilələri Birliyi Dərnəyinin sədr müavini Ömər Dədə bildirib ki, PYD terror təşkilatı Təl-Əbyadın demoqrafik quruluşunu dəyişmək ücün ərəbləri və türkmənləri buradan zorla köcməyə məcbur edir. Ö.Dədə həmçinin vurğulayıb:
"PYD ABŞ bayrağının arxasında gizlənir. PYD Təl-Əbyadın ASO-nun əlinə keçməsini istəmədiyi üçün ABŞ bayraqlarını asmağa başlayıb".
Xatırladaq ki, bayraq mövzusunun ilk çıxdığı gündən ABŞ bunun ondan xəbərsiz PYD üzvlərinin etdiyini iddia edirdi. Son məlumatlar isə bunun əksini göstərir.