İsrail qüvvələrinin Həcc ziyarətindən evinə geri qayıdan Yaffa şəhəri sakinlərindən olan fələstinli qadın Səma ər-Riyfini nəzarətə götürdüyü bildirilib.
“AranNews”-un verdiyi məlumata görə, Mənbələr İsrail polisinin ər-Riyfini sırağa gün gecə yarısı Həcc ibadətini yerinə yetirdikdən sonra evinə qayıdarkən əl-Lud şəhərindəki Benn Qurion Hava Limanında saxlanıldığını söyləyib.
İsrail polisin Ər-Riyfinin nəzarətə götürülmə səbəbini açıqlamağı rədd etdiyi qeyd edilib. Fələstinli qadının Şabak əməkdaşları tərəfindən sorğu-suala çəkildiyi və vəkili ilə görüşməsinə də icazə verilmədiyi bildirilib.
Yaffadakı İslami Heyət üzvü Məhəmməd Əşkar yaydığı bəyanatda Səma ər-Riyfinin nəzarətinə götürülməsinin bütün qırmızı cizgilərin pozulması mənasına gəldiyini bildirib və bu addımı qeyri-insanı kimi qiymətləndirib. /eastnews.org/