İsrailin baş naziri işğal altında olan Qüdsdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, Knesset və Nazirlər Kabineti üzvlərinin Əl-Əqsa Məscidinə girməmələri barədə tapşırıq verib.
“Mehr” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Benyamin Netanyahu Qüds və Əl-Əqsa Məscidində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.
İsrailin baş naziri B.Netanyahu bu qərarını təhlükəsizlik rəsmiləri ilə iclasının ardınca və fələstinlilərin yəhudilərin bayramı ərəfəsində hücumlarının artması ilə bir vaxtda elan edib.
Netanyahu həmçinin, İsrail Knesseti və Nazirlər Kabineti üzvlərinin Əl-Əqsa Məscidinə daxil olmasını da qadağan edib.
O, ictimai asayişin qorunması bəhanəsi ilə sosial şəbəkələrə nəzarətin gücləndirilməsi haqda da tapşırıq verib.