Tarix : 2016 Sep 20
Kod 50291

İsrail beynəlxalq qanunlara qoşulmalıdır

ABŞ ordusunun ehtiyatda olan zabiti deyib: Nüvə silahlarının yayılmasını qadağan edən NPT müahidəsi İsrail barəsində də icra edilməlidir.
AranNews”-un verdiyi məlumata görə, ABŞ ordusunun ehtiyatda olan zabiti Skat Bent deyir: Qanun başqaları barəsində icra edildiyi kimi, İsrail və Amerika barəsində də icra edilməlidir. ABŞ-ın İsrailin nüvə silahlarını genişləndirməsinə yardım etməsi Vaşinqtonun riyakarlığından qaynaqlanır. 
S.Bent ABŞ-ın sabiq dövlət katibi olmuş Kalin Pavelin İsrailin nüvə silahları ilə bağlı elektron məktublarının ifşa edilməsinə işarə edərək, deyib: Kalin Pavelin məktubları onun və ABŞ dövlətinin ən böyük riyakarlığının İsrailin nüvə silahları əldə etməsi və onları genişləndirməsinə yardım olub. Buna görə də onlar məsuliyyətə edilməlidirlər. 
Ehtiyatda olan hərbçi əlavə edib: Bu məktubları dəlil və sübut olaraq İnsan Hüquqları Məhkəməsinə və ya BMT Təhlükəsizlik Şurasına təqdim etmək olar. Çünki, bu məsələdən aydın olur ki, Amerikanın 1976-cı ildən riayət etməli olduğu NPT müahidəsi tam aşkar formada İsrail tərəfindən pozulub. Buna görə də, NPT müahidəsini pozan tərəfə sanksiyalar tətbiq edilməlidir. 
ABŞ ordusunun ehtiyatda olan hərbçisi Skat Bent sonda deyir: İsrailə Amerikadan öz muzduru kimi faydalanmaq və istənilən məqamda ABŞ-ı İsraili himayə və müdafiə etməyə məcbur etmək icazəsi vermək olmaz. /PressTV/
  • Yazılıb
  • da (də) 2016 Sep 20
  • Göndərən مدير سايت Aran News