Tarix : 2016 Sep 21
Kod 50293

Möhsün Pakayin: "Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır"

İran səfiri: "Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. İran İslam Respublikası da bu istiqamətdə istənilən köməyi etməyə hazırdır".
Arannews- İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin deyib: Hal-hazırda Tehran-Bakı əlaqələri ən yaxşı vəziyyətdədir.
İran səfiri bazar ertəsi günü Azərbaycan Respublikası media nümayəndələri ilə görüşdə və mətbuat konfransında İran səfiri olaraq Azərbaycanda olduğu dövrdə İran və Azərbaycanın əlaqələrinin analoqu olmayacaq şəkildə inkişaf etməsinə toxunaraq deyib: Bu müddət ərzində iki ölkə prezidentləri ümumilikdə Bakı, Tehran və digər ölkəklərdə 7 dəfə görüşdü. Bu da ikitərəfli əlaqələrin genişlənməsinə xüsusi hərəkətlilik verdi. 
Möhsün Pakayin dövlətlərarası komissiyanın iki iclasının keçirilməsi, eləcə də İran və Azərbaycanın əməkdaşlığı üzrə 50 sənədin imzalanmasını iki ölkə əlaqələrinin güclənməsi üçün önəmli qiymətləndirib. 
Möhsün Pakayin İran və Azərbaycan medialarının iki ölkə əlaqələrinin genişlənməsindəki rolunu təsirli adlandırıb və deyib: Mediaların köməyi ilə əlaqələrdə gərginlik yaratmağı izləyən üçüncü amillərin nəhs məqsədlərini aydınlaşdıra və qarşısını ala bildik. 
İran səfiri əlavə edib: İranın Azərbaycandakı səfiri çalışdığı dövrdə təkcə İranın mənafeyini düşünmürdüm, hər iki ölkənin mənafeyinin təmin olunmasına və uduş-uduş diplomatiyasının prioritetdə olmasına çalışdım. 
Pakayin həmçinin sözlərinin digər bir hissəsində İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və deyib: Biz coğrafi sərhədlərin istənilən dəyişikliyinə qarşıyıq və inanırıq ki, Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. İran İslam Respublikası da bu istiqamətdə istənilən köməyi etməyə hazırdır.


  • Yazılıb
  • da (də) 2016 Sep 21
  • Göndərən مدير سايت Aran News