Tarix : 2016 Sep 21
Kod 50294

Gürcüstanda "Qədir-Xum" bayramı münasibəti ilə tədbir keçirilib

Marneuli Mədəniyyət evində səadətli "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib.
Arannews- Gürcüstan Əhli-beyt (ə) Cəmiyyətinin və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqlər Forumu" ilə "Zeynəb (s.ə)" Qadınlar Təşkilatının birgə təşkilatçılığı ilə Marneuli Mədəniyyət evində səadətli "Qədir-Xum" bayramı münasibəti ilə bayram tədbiri keçirilib.
Quran qarisi Rza Cəfərinin oxuduğu Quran tilavəti ilə açılan bayram mərasiminin aparıcısı Elçin Daşdanzadə mərasim iştirakçılarını bu mühüm gün münasibəti ilə təbrik edib. 
Əhli-beyt (ə) mədahı seyid Bəhram Həzrəti Əlinin (ə) şəninə ilahilər səsləndirib. 
Məclisin davamında ilahiyyatçı alim Musa Aydın çıxış edərək Qədir-Xum gününün əzəmətindən və dəyərindən danışıb.
Məclisin sonunda Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin tərəfindən həmin cəmiyyətdə təhsil alan tələbələrə imtahandan birinci və ikinci yer tutduqları üçün hədiyyələr verilib. Əhli-Beyt (ə) məddahının Əli (ə) şəninə ifad etdiyi ilahilərlə və "Fərəc" duasının oxunması ilə başa çatdı.


  • Yazılıb
  • da (də) 2016 Sep 21
  • Göndərən مدير سايت Aran News