“Fəthullah Gülən ikinci çevrilişə hazırlaşır. Onun hələ də deşifrə olunmamış FETÖ mənsubu hərbi və sivil yetkililərə təlimat verdiyi təsbit olunub”.
“AranNews”-un verdiyi məlumata görə, Bu iddialar Ankara Baş Prokurorluğu tərəfindən hazırlanıb ABŞ-a çatdırmaq üçün Türkiyə Ədliyyə Nazirliyinə göndərilən 15 səhifəlik sənəddə yer alır.
İndiyə qədər deşifrə olunmayan FETÖ-çülərin təlimatlandırılmasının necə təsbit edildiyinə aydınlıq gətirilməyən sənəddə Fəthullah Gülən bir neçə maddə üzrə ittiham olunur: “xüsusi amansızlıqla qəsdən adam öldürmə, Prezidentinə sui-qəsd, konstitusiya nizamını, Türkiyə Böyük Millət Məclisini, hökuməti ortadan qaldırmağa təşəbbüs və silahlı terror təşkilatı qurmaq”.
Gülənin müvəqqəti həbsi üçün hazırlanan sənəddə ABŞ ilə Türkiyə arasında ekstradisiya ilə bağlı Ədliyyə müqaviləsinin 10. maddəsi xatırladılaraq qeyd olunur: “Bu şəxs ölkəmizdə işlənən bir çox cinayətlərlə yanaşı, 15 iyul tarixində həyata keçirilən qanlı çevriliş təlimatını verən adam olmasından dolayı axtarışdadır”.
Sənəddə həmçinin Fəthullah Gülənin cinayətlərindən bəzi konkret faktların detalları da nəql olunur, Ərdoğana sui-qəsd cəhdinin göstərilməsi, Marmarisdə ailəsiylə birlikdə qaldığı otelin 30 FETÖ-çü tərəfindən basıldığı, ancaq Ərdoğanın çevriliş cəhdini öyrənər-öyrənməz qaldığı yerdən ayrılması və bu səbəbdən terrorçuların əlinə keçmədiyi iddia edilir. /www.mia.az/