Tarix : 2016 Sep 21
Kod 50298

Rusiya BMT-nin Hələbdə vurulan yardım karvanı barədə bəyanat yaydı

Rusiya Müdafiə Nazirliyi Hələbin cənub-qərbində yerləşən BMT-nin humanitar yardım karvanına heç bir zərbə endirmədiyini bildirib.
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov Rusiya və Suriya hərbi aviaisyası tərəfindən Hələbin cənub-qərbində yerləşən BMT-nin humanitar yardım karvanına heç bir zərbə endirmədiyini bildirib.   
AranNews”-un verdiyi xəbərə görə, Nazirlik nümayəndəsi bildirib ki, humanitar yardım karvanı terrorçuların nəzarət etdiyi ərazidən keçdiyi üçün "Münaqişə Tərəflərini Barışdırma Missiyası" adlı qurum ərazidə Pilotsuz Uçan Aparatla nəzarət müşayiət təbirləri həyata keçirib.
Həmçinin Konaşenkov "bazar ertəsi Moskva vaxtı ilə 13:40-da BMT-nin humanitar karvanı uğurla təyin edilən əraziyə çatdırılıb və bundan sonra "Münaqişə Tərəflərini Barışdırma Missiyası" adlı qurum üzvləri avtomobil karvanının monitorinqini dayandırıb", - deyə sözlərinə əlavə edib. "Yardım daşıyan karvanın bundan sonrakı hərəkəti müşahidə edilməyib. Humanitar yardım daşıyan avtomobil karvanının yeri barədə məlumat yalnız Hələbin şərqinə nəzarət edən terrorçularda olub", - deyə Konaşenkov bildirib. /Eastnews.org/
  • Yazılıb
  • da (də) 2016 Sep 21
  • Göndərən مدير سايت Aran News