BMT Baş Asambleyasında çıxış edən ABŞ prezdenti Barak Obama absurd bəyanatla çıxış edib.
“Türkiyə mətbuatı”-nin verdiyi xəbərə görə, O, İsrailin bundan artıq Fələstin ərazilərini işğal etməməsi və Fələstinin də İsrailin legitimliyini tanıması tərəflərə fayda verəcəyini iddia edib. Bu gün Nyu Yorkda başlayan Baş Assambleyanın (BA) toplantısı işini 26 sentyabra qədər davam edəcək.
BMT BA-nın toplantısındaki çıxışında Obama qloballaşma haqqında da bəzi dəyərləndirmələr edib: "Qloballaşmaya inteqrasiyanı tam rəd ede bilmərik. Qlobal bütünləşməni tam rədd etmək cıxış yolu deyil".