Tarix : 2016 Sep 21
Kod 50301

İspaniyada ilk müsəlman məktəbi açılır

Məktəb böyüklüyünə görə İspaniyada üçüncü məktəb olacaq.
AranNews”, Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Yeni açılan məktəb Valensiya şəhərində olacaq.
Bu layihəyə təxminən 2 milyon avrodan artıq vəsait ayrılıb. Təhsil ocağında eyni anda 800 şagird təhsil ala biləcək.
Məktəbəqədər hazırlıq dövrü keçən uşaqlara da burada təhsil almaq imkanınından yararlana biləcəklər. Şagirdlər ümumtəhsil proqramı ilə yanaşı, həmçinin dini təhsil, nizam-intizam qaydaları və ərəb dilini öyrənəcəklər. 
Qeyd edək ki, İspaniya əhalisinin sayı 46,4 milyon nəfərdir. Onların 1,8 milyon nəfəri müsəlmandır.
  • Yazılıb
  • da (də) 2016 Sep 21
  • Göndərən مدير سايت Aran News