“AranNews”, Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Yeni açılan məktəb Valensiya şəhərində olacaq.
Bu layihəyə təxminən 2 milyon avrodan artıq vəsait ayrılıb. Təhsil ocağında eyni anda 800 şagird təhsil ala biləcək.
Məktəbəqədər hazırlıq dövrü keçən uşaqlara da burada təhsil almaq imkanınından yararlana biləcəklər. Şagirdlər ümumtəhsil proqramı ilə yanaşı, həmçinin dini təhsil, nizam-intizam qaydaları və ərəb dilini öyrənəcəklər.
Qeyd edək ki, İspaniya əhalisinin sayı 46,4 milyon nəfərdir. Onların 1,8 milyon nəfəri müsəlmandır.