Arannews- Ermənistan prezidenti Serj Sarkisyan hökumətə ilk təyinatlar edib.
bununla bağlı Serj Sarkisyan fərman imzalayıb.
Fərmana əsasən, Vaçe Qabrielyan baş nazirin müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri David Arutyunyan isə hökumət aparatının naziri-rəhbəri vəzifəsində qalıb.
Vardan Aramyan yeni maliyyə naziri, Vaan Martirosyan yeni nəqliyyat və rabitə naziri, İqnati Arakelyan yeni kənd təsərrüfatı naziri, Aşot Manukyan isə yeni energetika və təbii sərvətlər naziri təyin olunub.
Aleksan Arutyunyan Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilib.